Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:35

Bədəni qapqara «dubinka» izləridir


Polis bölməsində ölən gəncin valideynləri etiraz edir- [Birinci hissə]
Gözlə

No media source currently available

0:00 0:26:36 0:00

Polis bölməsində ölən gəncin valideynləri etiraz edir

-

Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölmüş 27 yaşlı Bəhruz Hacıyevin yaxınları iddia edir ki, onu polislər işgəncə ilə döyüb öldürəndən sonra 3-cü mərtəbədən atıblar.

Bəhruz Hacıyevin atası Dilsuz Hacıyev AzadlıqRadiosuna bildirib ki, oğlu polis idarəsinə dindirilmək üçün aparılıbmış. Amma polis idarəsinə aparılandan təxminən 15-20 dəqiqə sonra ölüm xəbəri gəlib: «Evdə oturmuşdum, bir də gördüm qonşu qapını dağıdır ki, uşağı aparıblar «morq»a, tez özünüzü çatdırın. Polis deyir, özünü 3-cü mərtəbədən atıb. Niyə atmalıydı? O, 19.35-də içəri girib, 19.45-də guya özünü atıb. Bu 10 dəqiqədə izahat alınmayıb, heç kimə xəbər verilməyib. Deməli, polis 10 dəqiqədə onu o qədər döyüb ki, keçinib. Sonra da üstündə qalmasın deyə, pəncərədən aşağı atıb. Əgər oğlum özünü atıbsa, ayaqları, qolu sınardı. Görünür boynuna nəsə qoymaq istəyiblər, o da razılaşmayanda, döyüb pəncərədən atıblar».

Bəhruz Hacıyevin qardaşı isə bildirib ki, mərhumun cəsədində işgəncə izləri açıq-aşkar görünüb: «Böyrü deşik-deşikdir. Bütün bədəni qapqara «dubinka» izləridir. Böyrü elektroşokla deşilib. Döyüblər, sonra da atıblar aşağı. Bu gün bunu Bəhruza edənlər, sabah başqasına edəcək».

Hadisə yerinə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin müstəntiqi Qurban Səfərov da gəlib. Bildirib ki, faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

XS
SM
MD
LG