Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:42

Rusiya indi də Yaponiyaya "hərbə-zorba" gəlir


Tokio Rusiya baş naziri Dmitry Medvedev-in Kuril adalarına səfərindən hiddətlənib

Tokio Medvedev-in Kuril adalarına səfərindən hiddətlənib

Mübahisəli Şikotan adası
Mübahisəli Şikotan adası

Yaponiya xarici işlər naziri Rusiyanın baş naziri Dmitry Medvedev-in mübahisəli Cənubi Kuril adalarına getməsinə etiraz olaraq Moskvaya səfərini ləğv etdiyini bildirib.

Yaponiya bundan əvvəl bildirmişdi ki, rəsmilərin mübahisəli ərazilərə səfərləri Tokio və Moskva arasında siyasi dialoqu əngəlləyə bilər.

Tokiodan məsləhətə ehtiyac yoxdur

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Medvedev-in Kuril adalarına səfəri barədə Tokionun məsləhətinə ehtiyac duyulmayıb.

Rusiyanın hərbi bombardmançı təyyarəsi İturup adasının təzə hava limanında, 2014-cü il
Rusiyanın hərbi bombardmançı təyyarəsi İturup adasının təzə hava limanında, 2014-cü il

Bununla əlaqədar Yaponiyanın xarici işlər naziri Fumio Kisida Rusiyanın Tokiodakı səfirinə etiraz notası təqdim edib.

Xəbər verilir ki, Rusiyanın baş naziri Dmitry Medvedev Kuril arxepelaqındakı İturup adasına işçi səfərə çıxıb.

İkinci Dünya Müharibəsindən sonra SSRİ bütün Kuril adalarını zəbt edib, lakin Yaponiya hesab edir ki, İturup, Kunaşir, Şikotan adaları və Habomay arxipelaqı onun ərazisi sayılmalıdır.

Yaponia Xarici İşlər Nazirliyinin notasında deyilir ki, “Rusiya bu səfərlə yapon xalqının hisslərinə toxunub”.

Rusiyanın qaba bəyanatları

Buna cavab olaraq Moskva bəyan edib ki, Rusiya rəsmiləri Yaponiyanın mövqeyindən asılı olmayaraq gələcəkdə də Kuril adalarına səfərlər edəcəklər.

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, Yaponiyanın etirazını İkinci Dünya Müharibəsinin nəticələrinin şübhə altına alınması kimi qiymətləndirmək olar.

Dmitry Medvedev Kuril adalarına artıq üçüncü dəfədir ki, səfər edir. 2010-cu ildə o, prezident kimi Kunaşir adasına səfər etmişdi. Bu, Rusiya liderinin Kuril adalarına ilk rəsmi səfəri olmuşdu.

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Medvedev-in Kuril adalarına səfəri barədə Tokionun məsləhətinə ehtiyac duyulmayıb.

Moskva həmçinin Yaponiya xarici işlər nazirinin Rusiya səfərinin ləğv edilməsi məsələsinə aydınlıq gətirərək bildirib ki, “planlaşdırılımayan nəyisə ləğv etmək mümkün deyildir”.

Əksinə, baş nazir Medvedev Rusiya məmurlarını Uzaq Şərqə daha tez-tez səfərlər etməyə çağırıb.

Baş nazir deyib ki, “bizim Yaponiya ilə münasibətlərimiz yaxşıdır, lakin bu, Kuril adalarının mənsubiyyəti ilə bağlanmamalıdır”.

O bəyan edib ki, Kuril adaları Saxalin vilayətinin bir parçasıdır.

Cənubi Kuril problemi mövcuddur

Rusiya hökumət başçısının bəyanatlarına baxmayaraq, Cənubi Kuril adaları problem olaraq qalır. Yaponiya və Rusiya arasında bu adaların Rusiyaya daxil olması barədə heç bir müqavilə yoxdur.

Yaponiya iddia edir ki, İturup, Kunaşir, Şikotan adaları və Habomay arxipelaqı 1855-ci ildə imzalanmış Rusiya-Yaponiya müqaviləsinə görə yaponlara aiddir. Saxalin adası isə bu müqaviləyə görə bölünməyən ortaq ərazi sayılmalıdır.

Dmitry Medvedev: Bizim Yaponiya ilə münasibətlərimiz yaxşıdır, lakin bu, Kuril adalarının mənsubiyyəti məsələsi ilə bağlanmamalıdır

Rusiya isə iddia edir ki, İkinci Dünya Müharibəsinin nəticələri müzakirə mövzusu ola bilməz.

Yaponiyanın baş naziri Sindzo Abe hələ 2013-cü ildə Cənubi Kuril adaları barədə mübahisəni çözmək üçün Vladimir Putini Yaponiyaya dəvət etmişdi.

Bundan 9 ay sonra xarici işlər naziri Sergei Lavrov dəvətin qəbul olunduğunu bildirmişdi.

Lakin 2014-cü ildə Yaponiya bu dəvəti geri götürmüşdü. Tokio bildirirdi ki, Tokionun Ukraynaya görə Rusiyaya qarşı sanksiyalara qoşulması ikitərəfli münasibətləri gərginləşdirib.

Bəzi məlumatlara görə, Yaponiyadan Putinlə görüşün təxirə salınmasını ABŞ istəmişdi.

XS
SM
MD
LG