Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:04

Azərbaycanlı İŞİD-çilərə hökm oxundu


Foto illüstrasiya
Foto illüstrasiya

-

Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən 3 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə Bəxtiyar Şahbazi 14 il, onun oğlu Bəhruz Şahbazi 12 il, Sadiq Məmmədzadə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə) maddələri ilə ittiham ediliblər.

XS
SM
MD
LG