Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:20

Parisdə «Azərbaycan şəhərciyi» salınıb


Parisdə «Azərbaycan şəhərciyi»
Parisdə «Azərbaycan şəhərciyi»

-

Sentyabrın 3-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deghati-nin «Azərbaycan tolerantlıq ölkəsi» adlı fotosərgisi açılıb.

Məlumatı AZƏRTAC yayıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib.

Sərgidə fotoqraf Reza Deghati-nin müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib.

Daha sonra Luvr muzeyinin qarşısındakı məşhur «Pale Royal» meydanında «Azərbaycan şəhərciyi»nin rəsmi açılışı olub.

Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirdi ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər «Azərbaycan şəhərciyi»ndə ölkə haqqında dolğun məlumat ala biləcəklər.

Şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək.

XS
SM
MD
LG