Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:10

«Zibil»ə bir pillə qalıb?


Rəşid Şerifin karikaturası.
Rəşid Şerifin karikaturası.

-

Ən son «Standard and Poor’s» reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya «BBB-» səviyyəsində saxladığını təsdiqlədi, proqnozunu isə, əvvəlki qiymətləndirmədəki kimi, «mənfi» saxladı.

Bu, 1-2 il içində reytinqin dəyişmə istiqamətini göstərir.Yəni, Azərbaycan bu səviyyədən bir pillə aşağı düşsə, investisiya səviyyəsini itirəcək.

«Standard and Poor’s»a görə, «BBB-» səviyyəsi və yuxarısı investisiyaya uyğun səviyyə kimi qəbul edilir. Bundan aşağı olan «BB+» və sonrakı səviyyələr «investisiya yatırılmayacaq» və əsasən, «zibil» səviyyəsi adlandırılır.

Agentliyin açıqlaması da göstərir ki, Azərbaycanın reytinqi neftdən asılıdır. Təşkilat bu ölkənin reytinq proqnozunu sabit səviyyədən mənfiyə endirməsini belə əsaslandırır: «Reytinq agentliyi dünyada neftin qiyməti kəskin ucuzlaşarsa və önləyici tədbirlər görülməzsə, Azərbaycanın mövcud fiskal və xarici mövqeyinin zəifləşə biləcəyi qənaətindədir».

İNVESTORUN BƏLƏDÇİSİ

Adi vətəndaş, təbii ki, belə bir sual verə bilər: Kredit reytinq təşkilatlarının verdiyi dərəcələr niyə bu qədər önəmlidir?

Çünki kredit reytinqi beynəlxalq investora yol göstərir. Reytinq təşkilatlarının proqnozları bir ölkədə uzun və ya qısamüddətli investisiya və biznes qərarları verəcək sərmayəçiləri istiqamətləndirir. Bəzi xarici fondlar investisiya edəcəkləri ölkənin kredit dərəcəsinə ayrıca diqqət yetirir.

Ölkələrin kredit reytinqi (sovereign credit rating) bir ölkədəki investisiya mühitinin risk səviyyəsini ifadə edir. Reytinq analizi aparılarkən, ölkənin iqtisadi və siyasi performansının keçmişinə və indiki vəziyyətinə baxılır.

Beynəlxalq kredit reytinq təşkilatları hər hansı ölkənin kredit dərəcəsini təyin edərkən, bəzi meyarlardan yararlanırlar. Bu zaman ölkənin böyümə potensialı və iqtisadi sabitliyi, xarici siyasət işləri və siyasi gündəmdəki risklər, Mərkəzi Bankın müstəqillik dərəcəsi gözdən keçirilir.

GÖZLƏNTİLƏR YAXŞI DEYİL

İqtisadçı ekspert Qubad İbadoğlunun fikrincə, bu baxımdan Azərbaycanda neqativ dinamika duyulur və o üzdən sonrakı dövrdən gözləntilər yaxşı deyil:

«Xüsusən, dövlətin əlavə ciddi maliyyə qaynaqlarını formalaşdıra bilməməsi, növbəti ilin büdcəsini kiçiltməsi, bank- müştəri münasibətlərində problemlərin artması ölkənin reytinqini daha da aşağı sala, investor və kreditorların Azərbaycana inamını azalda bilər. Bu da milli iqtisadiyyatın modernləşdirilməsinə ehtiyacın atdığı bir vaxtda yaxşı perspektiv vəd etmir».

XS
SM
MD
LG