Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:24

"Azərbaycan trolları" ABŞ-ın ATƏT səfirini hədəfləyirlər


ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer
ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer

Amerika Birləşmiş Ştatlarının ATƏT-dəki xüsusi elçisi Daniel Baer Azərbaycanın hökumətyönlü trolları tərəfindən hədəfləndiyini bildirib.

Amerika Birləşmiş Ştatlarının ATƏT-dəki xüsusi elçisi Daniel Baer Azərbaycanın hökumətyönlü trolları tərəfindən hədəfləndiyini bildirib.

Amma belə görünür ki, cənab Baer Tvitterdə ona ünvanlanan Azərbaycan trollarını çox da ciddiyə almır.

O azərbaycanlı hökumətyönlü trolları robota bənzədir, çünki bu trollarda adətən mətnlər, daha doğrusu ittihamlı hücumların mətni bir qələmdən çıxmış kimi görünür. Trollardan birinin profili kimi hətta Ermənistanın dövlət gerbi seçilib.

Lakin davamçılarından biri Baer-ə yazır ki, “trolları çox da sadəlövh” hesab eləməsin, çünki onun hesabına belə mesajların çox gəlməsinə görə hesab bağlana bilər və bəlkə elə məqsəd də budur.

Araba atdan əvvəl

Daniel Baer-in Azərbaycan trollarının hədəfinə çevrilməsi səbəbini isə onun postlarından bilmək olar.

“Azərbaycanda vətəndaş cəmiyyəti üzərinə hücumlara səbəbin guya hökumətlə beynəlxalq icma arasında etimadın olmamasını göstərmək, arabanı atdan əvvəl qoşmaq kimi bir şeydir” – yazıb Baer 23 sentyabr tarixli tvitdə.

Elə həmin gün ABŞ-ın ATƏT səfiri başqa bir post edib: “Münaqişənin Azərbaycan və Ermənistana ağır humanitar qiymətə başa gəldiyi barədə ciddi müzakirəyə ehtiyac var. Münaqişədən Azərbaycanda insan haqlarının vəziyyətini pərdələmək üçün istifadə nə ciddidir, nə də faydalı...”

Daniel Baer bir neçə başqa postunda istər Azərbaycanda, istərsə də Ermənistanda insan haqlarının vəziyyətinin müzakirəsinə ehtiyac olduğunu yazır.

“Ümumi standartlar hamıya aiddir” – yazır səfir.

Lakin bu qeydlərin altındakı şərhlərdə Baer-in özü erməni lobbisinə satılmaqda ittiham olunur.

Hökumətin qeyri-hökumət təşkilatları

Başqa bir tvitdə yenə də Ermənistan-Azərbaycan münaqişəsinə toxunulur: “Azərbaycan və Ermənistan arasındakı münaqişəsi faciəlidir. Lakin bu, insan haqları üzərinə hücumlara haqq qazandırmır”.

Amerika səfiri Azərbaycanın hökumətyönlü və hökumət tərəfindən maliyyələşdirilən QHT-lərini tənqid edir və yazır ki, onlar özlərini insan haqlarının müfdafiəçiləri kimi qələmə verirlər.

“Azərbaycan öz insan haqları tarixçəsini yuyub təmizləmək üçün tonlarla pul xərcləyir. Bəzi hökumət QHT-ləri bunu yaman bacarıqsız şəkildə edirlər – yazır Baer 22 sentyabr tarixli tvitdə, - Onlar adamların internetdən “təhqir” üçün istifadə etdiklərini söyləyirlər. Tam bir cəfəngiyyatdır!”

Amerika səfiri həbelə Azərbaycanda hökumət tənqidçilərinin 5-ci kolon kimi ittiham edilməsindən yazır. O bildirir ki, 5-ci kolon xofu repressiv rejimlərin dərinə işləmiş xüsusiyyətdir.

XS
SM
MD
LG