Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:34

Marsda su tapılıb- [Video]


Marsda su tapılıb- [Video]
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Marsda su tapılıb- [Video]

-

Sentyabrın 28-də alimlər Marsda axar suyun mövcudluğuna dair “indiyədək ən güclü dəlili” tapdıqlarını elan ediblər. Bu, qırmızı planetdə mikroskopik həyatın olması ehtimalını gücləndirir.

NASA ekspertləri bu tapıntıları alqışlayıb. NASA-nın planet elmləri üzrə direktoru Jim Green deyib:

“Mars keçmişdə düşündüyümüz kimi quru planet deyil. Müəyyən şəraitdə Marsda maye su tapılıb”.

Nature Geoscience jurnalında dərc olunmuş araşdırmada ekspertlər bildirirlər ki, planetdəki yamaclarda üzüaşağı gedən xətlər duzlu su axıntıları ola bilər.

Onların fikrincə, bu duzlu minerallar “bu xətlərin yaranmasında suyun vacib rol oynadğını” göstərir.

NASA bildirir ki, bu tapıntılar “bu gün Marsda axar suyun olmasına ən güclü dəlildir” və planetə insan missiyasının göndərilməsini asanlaşdırır. Bu missiyanın 2030-cu illərdə göndərilməsi planlaşdırılır.

“Planetdə yaşaya bilmək üçün artıq resurslar var,” astronavt John Grunsfeld deyib.

XS
SM
MD
LG