Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

İdxal artıb, ixrac azalıb


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Dövlət Gömrük Komitəsi bu ilin 8 ayının rəqəmlərini açıqlayıb. Keçən ilin müvafiq dövrünə nisbətən ticarət əməliyyatları 32.83 faiz azalıb. Bu azalma ixracın hesabına olub. Belə ki, idxal 5.09 faiz artsa da, ixrac 46.69 faiz azalıb.

İXRACDA NƏ AZALIB

İxracda əsas mallarda azalmalar belə göstərilir:

Xam neft - 51.29 %

Neft məhsulları – 38.38 %

Təbii qaz - 29.17 %

Meyvə-tərəvəz – 2.69 %

Çay – 43.9 %

Bitki və heyvan mənşəli piylər və yağlar -29.1 %

Şəkər – 2.57 %

Spirtli və spirtsiz içkilər – 25.37 %

Plastmassa və onlardan hazırlanan məmulatlar – 21.26 %

Emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri – 40.28 %

Qara metallar və onlardan hazırlanan məmulatlar – 28.01 %

MEYVƏ İDXALI 146 FAİZ ARTIB

İxracda əsas mallardan kimya sənayesi məhsulları 53.76 faiz, alüminium və ondan hazırlanan məmulatlar 9.23 faiz artıb.

İdxalda isə əsas artım belə göstərilir:

Meyvə-tərəvəz - 146.4%

Buğda - 34.17%

Əczaçılıq məhsulları - 16.37%

Oduncaq və ondan hazırlanan məmulatlar - 90.07 %

Qara metallar və onlardan hazırlanan məmulatlar - 65.14%

Nəqliyyat vasitələri və onların hissələri - 96.60%

Mebel və onun hissələri - 16.55%

XS
SM
MD
LG