Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:17

Güllə atılan kimi erməni nazir qaçdı- [Video]


Azərbaycan atəş açan kimi erməni nazir qaçdı
Gözlə

No media source currently available

0:00 0:02:29 0:00

Azərbaycan atəş açan kimi erməni nazir qaçdı

►"Prezident uşaq bağçalarına gedir, hansısa tədbirlərdə iştirak edir. Bəs bizim uşaqlarımız haqda fikirləşir? Onlar neynəməlidirlər?"

Ermənistanın Tavuş rayonunun Berdavan kənd sakinləri təlaş içindədirlər.

Azadlıq Radiosunun Ermənistan xidmətinin hazırladığı videoreportajda onlar deyirlər ki, 1992-ci ildən bəri atəş səsləri bu kənddən əskik olmayıb və buna artıq öyrəşiblər.

Atəş səsi altinda əkin-biçinlə məşğul olur, uşaqlarını dərsə yola salır, toy edirlər.

Lakin son dəfəki atışma kimi güclüsünü xatırlamırlar. Atışma zamanı kəndin 2 sakini- 94 yaşlı Şuşan Asatryan və 41 yaşlı Sone Revazyan öldürülüb.

“Əvvəl də atırdılar amma ölən olmurdu. İndi isə minaatanlardan vurmağa başlayıblar, bu dəhşətdir” - kənd sakinlərindən biri deyir.

Arpik Maralçyanın 94 yaşlı anası öz evində ölüb. Mərmi onun evini tamamilə uçurdub. Yaşlı anasına xidmət edən Arpik də qəlpə yarası alıb. Deyir sağ qalmağı möcüzədir:

“Biz heç nə hiss eləmədik, hər şey birdən başladı. Tüstüdən hər yer qaraldı”.

Onun qardaşı Avak qonşu evdə qalır və hər şey onun gözü qarşısında baş verib. Deyir baş verənlərdən dəhşətə gəlib:

“Mən çölə çıxdım və gördüm ki, bacım yaralıdır, ağlayır, dedim bəsdir özünə gəl, get gör ana necədir. Getdi, gördü ki anamız ölüb”.

Buna da bax: Ölmədən neçə nəfər pensiya ala bilir?

Kənd rəhbərliyi 3500 nəfərlik kəndə dəymiş ziyanı hesablayıb. 2 ölü və 2 yaralıdan başqa kənddə bəzi tikililər də dağılıb. 10 evə ziyan dəyib. Həmçinin kəndin mərkəzi də atəşə tutulub. Mədəniyyət evi, musiqi məktəbi və məişət evinin şüşələri qırılıb divarları çartlayıb.

Məktəbin və çoxuşaqlı ailələrin yaşadıqları evlərin qapıları artıq bağlanıb. Kəndlilər deyirlər ki, təhlükəli olduğundan uşaqları kənddən çıxarıblar.

“Hə biz deyirik ki, qalıb kəndimizi qoruyacağıq, amma nə vaxta qədər? Biz yaşlı adamlarıq, ölməyimiz ya qalmağımız bir o qədər vacib deyil. Bəs uşaqlar? Atəş altında onlar bilirsiniz nə stress keçirirlər? Prezident uşaq bağçalarına gedir, hansısa tədbirlərdə iştirak edir. Bəs bizim uşaqlarımız haqda fikirləşir? Onlar neynəməlidirlər?”

Berdavanda camaat əsasən üzümçülüklə məşğul olur. İntensiv atəşə görə indi məhsul yığımına getmirlər. Yeri gəlmişkən sonuncu atəş vaxtı kənd təsərrüfatı naziri Berdavanda idi. Şərab zavodunun yanında üzümün qiymətini müzakirə edirdi. Kənd sakinləri deyir ki, atəş səsləri eşidilən kimi söhbəti yarımçıq qoyub qaçıb:.

“Zavoda gəlmişdi ki, bizə üzüm qəbulunun qaydaları haqda məlumat versin, amma güllə səslərini eşidən kimi çönüb qaçdı”.

Buna da bax: Ciqarxanyan deyir azərbaycanlı nazirin qızı ilə dostdur

Kəndlilər deyirlər ki, atəşə görə üzümlüyə heç kim girmir, qorxurlar. Məhsul isə çürüyür.

1990-cı illərdə baş verən hərbi toqquşmalarla erməni hərbi qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonu işğal edib. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da tez-tez bir-birini onu pozmaqda ittiham edirlər. Atəşkəs pozuntularında hər iki tərəfdən itkilər olub. Hələlik aparılan danışıqlar yekun sülh razılaşmasının əldə olunmasına gətirib çıxarmayıb.

Son vaxtlar xüsusilə atəşkəs pozuntuları intensiv xarakter alıb. Azərbaycan da da bundan əvvəl Tər-trə rayonunda erməni qüvvələrinin toy mərasimini atəşə tutuduğunu, aralarında qadınlar və uşaqlar da olan dinc sakinlərin qətlə yetirildiyini bildirir. Bakı heç zaman öz ərazilərini güzəştə getməyəcəyini bəyan edir.

Ermənistan rəhbərliyinin Azərbaycanın mülki sakinləri atəşə tutuması barədə iddialarına cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, orduya mülki sakinləri deyil, onun mövqelərinə atəş açan hərbi obyektlərə zərbə vurduğunu bildirir.

XS
SM
MD
LG