Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:58

Əli Kərimlinin müşavirinin 48 saatı...


Məmməd Ibrahim
Məmməd Ibrahim

►Məmməd İbrahim barədə son qərar oktyabrın 2-də məlum olacaq

AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim şübhəli şəxs qismində hələ də Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında qalır.

Onunla bağlı son qərar oktyabrın 2-də məlum olacaq. Bu barədə AzadlıqRadiosuna Məmməd İbrahimin vəkili Yalçın İmanov məlumat verib.

Oktyabrın 1-də vəkil Nərimanov Rayon Polis İdarəsində Məmməd İbrahimlə görüşüb. Müdafiəçi bildirib ki, qanun 48 saatdan artıq şübhəli şəxs qismində saxlanmanı qadağan edir. Məmməd İbrahimə münasibətdə bu müddət oktyabrın 2-də axşam saat 23.30-da bitir:

"Bu isə o deməkdir ki, o vaxta qədər ya ittiham irəli sürüb, qətimkan tədbiri seçilməli, ya da sərbəst buraxılmalıdır".

Buna da bax: Sosial yardım istəyən qadının halı pisləşdi - Video

Vəkil deyir ki, görüş zamanı Məmməd İbrahim saxlanma şəraitindən və ona qarşı münasibətdən narazılıq etməyib. Yalçın İmanovun sözlərinə görə, AXCP sədrinin müşaviri istər ifadəsində, istərsə də onunla söhbətdə özünü təqsirli bilmədiyini deyib:

"Məlum olduğu kimi, Mikayıl Quliyev şikayət ərizəsilə müraciət edərək, Məmməd İbrahimin ona hücum edib vurduğunu bildirib. Bunun əsasında da Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb, müəyyən istintaq hərəkətləri aparılıb. Amma Məmməd İbrahim həm ifadəsində, həm mənimlə söhbətində o adama hücum eləmədiyini, onu vurmadığını bildirdi. Dedi ki, həmin adam onu sosial şəbəkədə təhqir edib. Onlar təsadüfən qarşılaşarkən niyə təhqir etdiyini soruşub, bu zaman qarşı tərəf ona hücum edib. Ətrafdakılar müdaxilə edərək, onları ayırıblar".

Sözügedən insident sentyabrın 29-da Nərimanov rayonu ərazisində Məmməd İbrahimlə "AXCP Etimad Qurultayı" adlandırılan təşkilat komitəsinin rəhbəri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyev arasında baş verib. Hadisə başa çatandan az sonra polislər gələrək, Məmməd İbrahimi Nərimanov rayonu, 18-ci polis bölməsinə aparıblar.

Mikayıl Quliyev isə bildirir ki, Məmməd İbrahim qəfildən hücum edərək ona xəsarət yetirib, nəticədə köynəyi cırılıb.

XS
SM
MD
LG