Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

Dəməşqdəki Rusiya səfirliyinə iki raket düşüb


Dəməşqdəki Rusiya səfirliyinin ətrafında mitinq
Dəməşqdəki Rusiya səfirliyinin ətrafında mitinq

Dəməşqdəki Rusiya səfirliyinə iki raket düşüb.

Hökumətin tərəfdarları Moskvanın Suriyaya müdaxiləsinə təşəkkür eləmək üçün səfirliyin qarşısına toplaşıbmış.

Bu vaxt əraziyə raket düşüb.

İnsanlar çaxnaşmaya düşüb qaçanda isə ikinci raket atılıb.

Rusiya səfirliyi əməkdaşları arasında itki olmadığını bildirir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov bunu terror aktı adlandırıb.

France-Press agentliyinin məlumatına görə hadisə vaxtı səfirliyin ətrafında təxminən 300 adam olub.

Hədəfin məhz mitinqin olub-olmaması hələlik bəlli deyil.

Əl Qaidənin yerli bölməsi olan Əl Nüsrə cəbhəsi oktyabrın 12-də Rusiyanın Suriyaya müdaxiıləsinə görə qisas alacağını bəyan eləmişdi.

Rusiya sentyabrın 30-dan Suriyada hava əməliyyatları keçirir.

Moskva hədəfin İslam Dövləti qrupu olduğunu, Qərb isə Suriya prezidenti Bashar Assada qarşı mübarizə aparan üsyançıların olduğunu deyir.

XS
SM
MD
LG