Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:31

"Dedilər, istəyirsən kilsə tik, amma məscid olmaz"


Şəmkirdə məscidi sökdülər
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Şəmkirdə məscidi sökdülər

►“Şəmkir rayonunun Zəyəm qəsəbəsində camaatın illərdir qəpik-qəpik yığdığı pulla tikilən məscidi icra hakimiyyəti sökdürmək istəyir”.

Özünü qəsəbənin axundu və müəllim kimi təqdim edən Məmməd Məmmədov AzadlıqRadiosuna belə deyir. Onun sözlərinə görə, dəfələrlə onlara məscidin qanunsuz olmasıyla bağlı xəbərdarlıq edilib:

– Ancaq məscidin tikildiyi torpaq qanunidir, hər bir sənədi var. Deyirlər ki, məscidin tikintisinə icazə verilməlidir. Biz də cavab verdik ki, “icazə verin də”. İmtina etdilər.

- Nə deyib imtina etdilər?

- Dedilər ki, “Bakının razılığı olmasa, biz icazə verə bilmərik”. Sonra da xəbərsiz-ətərsiz gəlib töküldülər ki, “məscidi sökürük”. Günbəzi götürdülər. Qəsəbənin camaatı yığışdı - nə bilim, 300- 500 nəfər olardı – divarları sökməyə qoymadılar. Bizə deyirlər ki, “nə tikirsən tik, bircə məscid tikmək olmaz, dövlət icazə vermir”. Dövlətin adından yalan danışırlar. Axı bundan gözəl əməl nə ola bilər ki? Camaat yığışıb məscid tikir. Torpağı da mən vermişəm.

Buna da bax: Köçkünləri bağçadan çıxarırlar

- Torpaq sizindir?

- Bəli, şəxsi torpağımdır. Allaha xatir vermişəm. Camaat çox narazıdır bu olanlardan. Onların narazılığını görəndə icra başçısının müavinləri bildirdilər ki, “sənədlərinizi toplayın, gəlin”. Nə sənəd? Məscid tikilib. O tikilini niyə uçurdaq ki? İcazə versinlər, məscid də işləsin. Deyirlər ki, “nə tikirsən tik, məscid olmaz”. Soruşuram ki, “bəs nə tikək?” İcra başçısının müavini deyir ki, “kilsə tik”. Beləsinə nə cavab verəsən? Özü də icra başçısının müavinidir. Mən indi ad deməyəcəm. Lazım gəlsə, sonra deyəcəm. Sabah camaat yığışıb yenidən icra hakimiyyətinə gedəcək, görək nə sənəd istəyirlər.

İcra başçısının özünü Mahir kimi təqdim edən köməkçisi isə AzadlıqRadiosuna deyir ki, orada məscid tikilməyib:

“Bir nəfər həyətyanı sahəsində qanunsuz, icazəsiz şəkildə nəsə tikib. İndi də ona günbəz qoyub məscid kimi təqdim edir. Məscidin tikintisilə də biz yox, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məşğuldur. Biz demişik onlardan icazə alın”.

Dini Qurumlarla İş ürzə Dövlət Komitəsindənsə sualımıza cavab ala bilmədik.

Həmçinin vax:

Bu, dindir, ya mövhumat? (Viktorina)

Bu, dindir, ya mövhumat? (Viktorina)

Start the Quiz to find out

(+420) 778 711 70 - WhatsApp nömrəmiz. Çəkdiyin video və fotoları bizə göndər

XS
SM
MD
LG