Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:13

Gələn il: maaş artımı... İxtisarlar...


Bakıda başça tərbiyəçiləri maaş kəsilməsinə etiraz edir sentyabr 2012
Bakıda başça tərbiyəçiləri maaş kəsilməsinə etiraz edir sentyabr 2012

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Milli Məclisdə büdcə müzakirəsində maaşların gələn il artırılacağını söyləyib. Nazir 2016-cı ildə orta aylıq əməkhaqqının 474 manat 50 qəpiyə çatdırılacağını da bildirib. Bu il sentyabrın 1-dək olan rəsmi məlumata görə, orta əməkhaqqı 458 manat 90 qəpikdir.

Ancaq nazirin bu optimizmini bir sıra iqtisadçılar bölüşmür. Onların fikrincə, hökumət özünün yaxın 4 il üçün proqnozunda büdcəni artıra bilməyəcəyini bəyan edirsə, maaş artımı məsələsi sual doğurur.

İqtisadçı-alim Vüqar Bayramov isə bu fikirdədir ki, gələn il dövlət sektorunda çalışanların maaş artımı gözləniləndir, çünki büdcə azalsa da, sosial xərcləri azaltmırlar.

Bəs ola bilərmi ki, maaşları iş yerlərinin ixtisarı hesabına artırsınlar? Yəni iş yerlərinin ixtisarı gözlənilirmi?

Vüqar Bayramovla söhbət

Gözlə

No media source currently available

0:00 0:04:39 0:00
Direct-ə keçid


XS
SM
MD
LG