Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:15

Seçki bülletenlərinin çapı başa çatır


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Oktyabrın 21-də seçki bülletenlərinin çapı başa çatır.

Bu barədə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
MSK-dan bildirildiyinə görə, oktyabrın 22-dən başlayaraq bülletenlər seçki dairələrinə paylanılacaq.

Ancaq bununla belə bəzi dairələrdə deputatlığa namizədlərin öz iddialarından əl çəkməsi davam edir. Belə ki, 20 saylı Nərimanov ikinci seçki dairəsindən tanınmış hüquqşünas Aslan İsmayılov da namizədliyini geri götürüb. O, bu barədə şəxsi «facebook» səhifəsində video-müraciət yayıb. Aslan İsmayılov namizədliyini geri götürməsinə səbəb kimi İctimai Televiziyada namizədlərə efir vaxtının ayrılmaması, buna görə də fikirlərini seçicilərə çatdıra bilməməsi ilə əlaqələndirib:

«Bu günə qədər mənə dəstəyini əsirgəməyən hər birinizə təşəkkür edirəm» deyən Aslan İsmayılov bildirib ki, namizədliyini geri götürdüyü haqda ərizə ilə artıq Dairə Seçki Komissiyasına müraciət edib.

Yada salaq ki, son 10 gündə 450-dən çox şəxs öz namizədliyini geri çəkib.
Mərkəzi Seçki Komissiyasının saytında apardığımız hesablamalardan belə çıxır ki, hazırda 770-dən çox namizəd hələ ki, mübarizəni davam etdirir. Halbuki, bir qədər öncə 1246 şəxsin namizədliyi qeydə alınmışdı.

XS
SM
MD
LG