Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:00

Prezident gömrük qaydalarını sadələşdirdi


İllüstrasiya
İllüstrasiya

►Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 22-də gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə bağlı bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 000 ABŞ dolları məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük haqqı ödənilmədən gömrük sərhədindən keçirilə bilər.

Dövlət Gömrük Komitəsinə gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməsi ilə bağlı prezidentə 1 ay müddətində məlumat verməsi tapşırılıb.

Buna da bax: İlham Əliyevin dövründə "vurulanlar" [İnfoqrafika]

Nazirlər Kabineti isə 3 ay müddətində normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, prezident İlham Əliyev bu günlərdə həmçinin bəzi lisenziyaların "Asan Xidmət"ə verilməsi və bir sıra sahələrdə yoxlamaların 2 illik dayandırılması barədə fərman imzalayıb.

AzadlıqRadiosunun A-Live TV programı Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlər haqda

XS
SM
MD
LG