Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:27

Neft Fondunun vəsaitləri niyə azalır?


Neft buruqları.
Neft buruqları.

-

Bu il Dövlət Neft Fondunun vəsaitləri azalıb. Əvvəllər - fondun fəaliyyətə başladığı 2001-ci ildən bərivəsaitlər artan istiqamətdə gedib və ən çox artım 2008-ci ildə (8.4 milyard dollar) olub. Valyuta ehtiyatlarına gəlincə, ötən il Dövlət Neft Fondunun strateji valyuta ehtiyatları dollar ifadəsi ilə 3.4% və ya 1.2 milyard ABŞ dolları həcmində artıb və ilin sonunadək 37.1 milyard ABŞ dollarına çatıb.

2015-ci il oktyabrın 1-dək bu vəsaitlər ilin əvvəli ilə müqayisədə (37 milyard 104.1 milyon ABŞ dolları) 6.38 faiz azalaraq, 34milyard 738.1 milyon ABŞ dolları olub.

GƏLİR AZALIB, AKTİV İSTİFADƏ OLUNUR

İqtisadçı-ekspert Qubad İbadoğlunun fikrincə,fondun gəlirlərinin azalması onun aktivlərindən istifadəyə zərurət yaradır: «Çünki planlaşdırılan xərclərin başqa mənbələrdən maliyyələşmə imkanları məhduddur. Vəsaitlərin azalmaması üçün fond ya balanslaşdırılmış büdcəyə, ya da büdcə profisitinə malik olmalıdır. İndiki şərtlər daxilində hər iki hədəfə çatmaq mümkün deyil».

Bu ilin 9 aylıq yekunlarına görə, Azərbaycanda xam neft ixracatının 54 faiz azalmasına diqqət çəkən ekspert bildirir ki, Dövlət Neft Fondunun əsas gəlir qaynağını xam neft satışından daxilolmalar təşkil edir: «Azalma tempi gözlənilən idi. Bu vəziyyətdə qarşıda duran başlıca vəzifə aktivlərin azalma tempini buxovlamaq, uzunmüddətli dövrdə milli iqtisadiyyatın bu aktivlərdən bəhrələnmək imkanlarını artırmaq olmalıdır. İndi ölkənin cari ehtiyaclarına da, strateji investisiyalara da fonddan ayırmaları dayandıra bilməyəcəyik. Nə dövlət büdcəsi, nə də hökumət buna hazırdır».

AZALMA DAVAM EDƏCƏK

Qubad İbadoğlunun sözlərinə görə, istənilən halda fondun aktivlərinin azalması dayanmayacaq: «Amma fond vəsaitlərini, xüsusən cari ildə qazanılmayan, illərlə yığıma yönələn aktivlərin istifadəsini tənzimləmək və bununla bağlı yeni fiskal qaydalar qəbul etmək çox mühüm vəzifədir. Bu, fond aktivlərinin menecmenti üçün də önəmlidir. Əks halda orta və uzunmüddətli dövrdə fondun maliyyə dayanıqlığı və mötəbərliyi təmin olunmayacaq».

2001-2014-cü illərdə Neft Fondunun vəsaiti (31.12.2014, milyard ABŞ dolları ilə)

2001 - 0.49

2002- 0.69

2003- 0.82

2004 - 0.96

2005- 1.39

2006- 1.45

2007- 2.48

2008 - 11.22

2009 - 14.90

2010- 22.77

2011 – 29.80

2012 – 34.13

2013 – 35.88

2014 – 37.10

XS
SM
MD
LG