Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:54

"1984 sözündən istifadə etmək olmaz"


"1984" romanına illüstrasiya
"1984" romanına illüstrasiya

- George Orwell Fondu (Corc Ouell Fondu) amerikalı radioaparıcı Con Hedlini məhkəməyə verib.

Aparıcı öz açdığı internet-mağazada yaxasında “1984 başladı” yazılmış köynəklər satır, Fond isə iddia edir ki, “1984” rəqəmindən icazəsiz istifadə etmək C.Oruellin müəllif hüququnu pozmaqdır.

Aparıcı köynəkləri vitrindən yığışdırıb, amma Fondun mövqeyi ilə razı deyil.

“Bu, kontrol edilməsinə ehtiyac olmayan şeyin kontrol edilməsinə gülməli cəhddir. Gülməlidir ki, bütün bunlar elə Oruell ruhundadır.”

O, “1984” rəqəmində “bir az dəyişiklik” edəndən sonra köynəkləri yenidən satışa qoyacaq.

Corc Oruelin “1984” antiutopiyası 1949-cu ildə çap olunub. Hadisələr Okeaniya adlı totalitar ölkədə baş verir, orada Böyük Qardaşın şəxsiyyət kultu hökmranlıq edir. Bu dövlətin sakinləri hüquqsuzdur, hakimiyyətin daimi nəzarət altındadır, onlara xüsusi ekranlar vasitəsilə göz qoyulur.

XS
SM
MD
LG