Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:30

19 ölkə Suriyada keçid hökuməti barədə razılığa gəlib


Birgə bəyanatda Bashar al-Assad hökumətinin və müxalifətin nümayəndələrinin iştirakı ilə keçid hökumətinin yaradılması zərurəti ifadə olunub.

Vyanada Suriyaya dair danışıqlarda iştirak edən 19 ölkənin xarici işlər nazirləri bu ölkədə keçid hökumətinin yaradılması barədə razılığa gəldiklərini ifadə edən birgə bəyanat yayıblar.

Birgə bəyanatda Bashar al-Assad hökumətinin və müxalifətin nümayəndələrinin iştirakı ilə keçid hökumətinin yaradılması zərurəti ifadə olunub.

Bununla yanaşı Assad-ın öz gələcəyi barədə fikir ixtilafı qalır.

ABŞ və onun müttəfiqləri hazırkı prezidentin yalnız keçid prosesi üçün vəzifəsində qalmasına razı olublar.

Rusiya və İran Assadın istefa verməsi əleyhinədirlər.

Səudiyyə Ərəbistanı tərkibində Assad olacaq heç bir keçid prosesini qəbul etmir.

XS
SM
MD
LG