Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:23

Cümhuriyyət üçün 100 adam aranır!


Dilqəm Əhməd
Dilqəm Əhməd

-

Cümhuriyyət üçün 100 adam aranır!
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

Özünü həvəskar araşdırıcı və kolleksiyaçı sayır.

İllərdir cümhuriyyət arxivini toplayır.

Arxivlərdən fotoları öz puluna alır.

Cümhuriyyət tarixini aid olduğu ölkəyə gətirmək istəyir

Facebook-da «Cümhuriyyət üçün 100 adam» adlı kampaniya aparır.

Maaşını arxiv sənədləri almağa xərcləyir, Özü demiş, ürəyi istəyən paltarı ala bilmir, kafeyə getmir… Bununla da iş aşmır. Axı arxiv üçün daha çox vəsaitə ehtiyac duyur.

Ona yardım göstərəcək qurum axtarır və etiraf edir ki, hara və kimə üz tutacağını bilmir.

İndi adi vətəndaşlara üz tutmaq qərarına gəlib.

Cümhuriyyət üçün 100 adam arayıb. Kitabın nəşrindən sonra ona cüzi köməyini əsirgəməyən hər kəsə bir kitab bağışlamaq fikrinə düşüb.

Beləcə, növbəti sənədləri almaq üçün gərək olan 2000 manat məsələsinin həll olunacağına inanır.

Amma hələ ki,bu ölkədə 100 cümhuriyyətsevər tapılmayıb…

«Mühacirlərin dönüşü» adlı kitab çap etdirmək fikrindədir və düşünür ki, artıq mühacirlərin Vətənə dönmək vaxtı çatıb.

AzadlıqRadiosunun «İZ» proqramının qonağı jurnalist Dilqəm Əhməddir.

Bayraq Günü ərəfəsində - noyabrın 8-də saat 23-də «İz»ə düşün,

«İz»dən çıxmayın.

Cümhuriyyət arxivini özümüz yaradaq!

XS
SM
MD
LG