Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:32

Əbiyevin müavininin məhkəməsi təxirə düşdü


Mehman Səlimov
Mehman Səlimov

-

Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdafiə naziri Səfər Əbiyevin müavini Mehman Səlimovun məhkəmə prosesi davam etdirilib.

Prosesə hakim Zeynal Ağayev sədrlik edib.

İş üzrə şahidlər məhkəmədə iştirak etmədiyindən hakim prosesi noyabrın 20-dək təxirə salıb.

Mehman Səlimov dövlət pulunu vergidən yayındırmaqda, mənimsəməkdə ittiham olunur. 2006-cı ildən başlayaraq Müdafiə Nazirliyi onun sahibi olduğu «STŞ» MMC ilə müqavilələr bağlayıb. MMC nazirliyin tabeliyindəki hərbi hissə və şəhərciklərdə tikinti və təmir işləri aparırmış. Lakin ötən il istintaq orqanı ayrılmış pulların MMC tərəfindən mənimsənildiyini müəyyən edib.

Mehman Səlimov ittihamları qəbul etmir. Həbsinin səbəbini bu il MTN-də keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlı tələb olunan izahatları yazmaması ilə əlaqələndirir.

Bu iş üzrə məhkəmə proseslərində tez-tez keçmiş müdafiə naziri Səfər Əbiyevin adı hallanır. Amma hələlik nə keçmiş nazirin özü, nə də təmsilçisi səslənən ittihamlarla hər hansı formada reaksiya vermirlər.

XS
SM
MD
LG