Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:21

Keçmiş nazirləri hansı cəza gözləyir?


Əli Abbasov və Eldar Mahmudov
Əli Abbasov və Eldar Mahmudov

-

«Azadlıq» qəzeti «baş verənlərə görə nazirlər Eldar Mahmudov və Əli Abbasov hansı məsuliyyəti daşıyırlar? Rəhbər strukturlarda çalışanların həbsinin fonunda nazirlərin azadlıqda qalması mümkündürmü?» suallarına cavab tapmağa çalışıb.

Hüquqşünas Müzəffər Baxışovun fikrincə, əgər hər iki nazirliyin işçilərinin törətdiyi cinayətdən nazirlərin xəbəri olmayıbsa, bu, onlara tapşırılan vəzifənin öhdəsindən gəlməməsi deməkdir: «Yəni nazirlər onlara etibar edilən vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilməyib və səhlənkarlığa yol verib. Buna görə də Cinayət Məcəlləsinin 314-cü maddəsində səhlənkarlığa görə cinayət məsuliyyəti nəzərdə tutulub. Normalda bu belə ola bilər ki, nazir qanunların icrasına nəzarət edir, sadəcə olaraq işçiləri üzərində vəzifə funksiyalarına daxil olan səlahiyyətləri icra edə bilməyib. Halbuki əsasnamədə göstərilir ki, nazirlər işçilərinə nəzarət həyata keçirməlidir».

M.Baxışov baş verənlərin dəhşətli faktlar ortaya çıxardığını dedi: «Məlum oldu ki, hədə-qorxu, soyğunçuluqla, rüşvət almaqla, vəzifədən sui-istifadə etməklə bütün cinayətlərin başında Eldar Mahmudov dayanıb. Eldar Mahmudova bu cinayətlərə görə ittiham verilməli, onun barəsində həbs-qətimkan tədbiri seçilməli idi. Azərbaycan hüquq dövləti olmadığına görə burada nazirlərin həbsi ilə bağlı yalnız siyasi rəhbərliyin göstərişi olmalıdır».

Azərbaycan prokurorluğunun heç zaman müstəqil qərar qəbul etmədiyini deyən M.Baxışov bildirdi ki, prokurorluğa E.Mahmudovla bağlı kifayət qədər şikayət verilib. Amma heç bir tədbir görülməyib.

Əli Abbasov barəsində isə konkret fikir söyləməyin çətin olduğunu deyən M.Baxışov bildirdi ki, o, daha çox elm xadimi kimi tanınırdı. Amma onun rəhbərlik etdiyi nazirliklə bağlı xəbərlər tam təsdiqini taparsa, o da həbs edilməlidir.

Fazil Məmmədov
Fazil Məmmədov

FAZİL MƏMMƏDOV KABİNETİNDƏDİR, AMMA....

«Yeni Müsavat» qəzeti yazır ki, Vergilər Nazirliyinin rəhbərliyinin ətrafında da xüsusi əməliyyatlar aparılır: «MTN-də olduğu kimi, burada da xüsusi təmizləmə əməliyyatı aparılacaq, rəhbərlik tam yenilənəcək.

MTN-də sahibkarlarla bağlı cinayətlərin üzə çıxması ilk olaraq Vergilər Nazirliyinə sıçradı. Nazirliyin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Vidadi Məmmədov həbs edildi.

MTN-dəki müdhiş cinayət faktlarında Vidadi Məmmədovun ortaqlığı üzə çıxdıqdan sonra belə məlum olur ki, vergilər naziri, sən demə, «quzunu qurda tapşırıbmış». İnandırıcı deyil ki, Vergilər Nazirliyində Eldar Mahmudovun ən yaxın adamının illərlə sahibkarlardan necə milyonlar qopardığından Fazil Məmmədovxəbərsiz olsun. Əgər Fazil Məmmədov «MTN işi»nin bitirdiyi sabiq nazir Əli Abbasov kimi nazirliyi Mahmudov çetesinin nəzarətinə verdiyini etiraf edərsə, bu, ona daha baha başa gələ bilər».

Üzeyir Cəfərli
Üzeyir Cəfərli

AZƏRBAYCAN ÜÇÜN DƏ TƏHLÜKƏ VARMI?

«Эxo» qəzeti Suriyadan olan qaçqınların Azərbaycan üçün mümkün təhlükəsini araşdırır. Artıq Suriyadan olan qaçqınları qəbul etməyə başlayan Gürcüstan bildirib ki, qaçqınlar bu ölkədə qalmırlar, əksəriyyəti buradan da başqa ölkəyə üz tuturlar.

Hərbi ekspert Üzeyir Cəfərli qəzetə açıqlamasında ekstremistlərin Azərbaycana da keçə bilmə ehtimalını istisna etməyib: «Təhlükə mövcuddur. Heç kəs qarant verə bilməz ki, terroristlər Suriyada hərbi əməliyyatlar keçirən ölkələrdən qisas alandan sonra, bu siyahıda olmayan ölkələrə də üz tutmayacaq. Yaraqlının sadə qaçqından fərqləndirməyin bir yolu da yoxdur, çünki xarici görkəmdən bu bəlli olmur».

QEYRİ-NEFT SƏNAYESİNDƏ ARTIM

«Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi sayəsində sənayedə özəl sektorun da payı ildən-ilə artmaqda davam edir. Məsələn, hesabat dövründə sənayedə özəl sektorun payı 76.6 faiz olub. Keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3.6, içki istehsalında 8.6, duru bitki yağlarının istehsalında 26.8, üzlü süd istehsalında 2.3 faiz artım qeydə alınıb ki, onların da hamısı özəl sektora aiddir».

«Azərbaycan» qəzeti belə yazır.

Qəzet yazır ki, ölkənin sənayeləşməsinə ötən ilin «Sənaye ili» elan edilməsi də öz töhfəsini verib. «Sənaye ili»ndə təkcə regionlarda 105 müəssisə istifadəyə verilib. Ümumilikdə isə keçən il görülən tədbirlər nəticəsində qeyri-neft sənayesində 9 faizlik artım müşahidə edilib.

XS
SM
MD
LG