Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:29

Gözdən əlildən rüşvət alanda yaxalanıb


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2-ci qrup əlilin korrupsiya ilə bağlı şikayəti araşdırılıb.

Həmin şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz əməllərindən şikayət edib.

Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, 5 saylı TSEK-in sədri Fəsad Mustafayev əlillik dərəcəsinin təsdiq edilməsi üçün həmin şəxsdən 1500 manat istəyib. 1200 manat pulu görmə qabiliyyəti həddən artıq zəif olmasına köməklik məqsədilə qohumu ilə birgə gəlmiş şikayətçidən alanda yaxalanıb.

Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

F.Mustafayevin haqqında həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq gedir.

XS
SM
MD
LG