Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:25

Nardaranlılar 17 il işıq pulu ödəmədən necə yaşayıblar?..


-

Contact.az saytı yazır ki, «Azərişıq» Nardaran sakinlərinin işığa görə 42 milyon 267 min manat borcu olduğunu bildirib.

Sayt yazır ki, «Azərişıq»ın açıqladığı rəqəmlər ciddi şübhə doğurur.

«Nardaranın 9300 nəfər əhalisi var. Ümumi statistik məlumatlara görə, ildə orta hesabla 848.000 manat (9300 x 102) məbləğində elektrik enerjisi istehlak edir.Əgər 33 milyon 735 min manatı 306 min 900 manata (illik istehlak) bölsək belə alınır ki, nardaranlılar 2007-ci ilədək olan dövrdə 109 il ərzində işıq pulu ödəməyiblər. Və son 8 ilin borcunu da buraya əlavə etsək ödənilməyən ümumi müddət 117 il edir. Çox qəribədir, bəs onlar çar Kerenski, komissarlar, müsavatçılar, sovetlər və ölkənin müstəqilliyi dövründə işıq pulu ödəmədən necə yaşayıblar? Məətəl qalmalı işdir».

Nardaran hadisələri - Bütün video burda

Nardaran hadisələri terrorçuların Azərbaycanda sabitliyi pozmaq cəhdidir

Nardaran kəndi, noyabr, 2015
Nardaran kəndi, noyabr, 2015

«Azərbaycan» qəzeti yazır ki, Nardaranda baş verənlər xarici dairələrin idarə etdiyi terrorçuların Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq cəhdi idi.

«Bu kənddə bir tərəfdə terrorçular, radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalmışlar.

Terrorçu dəstə Nardaran əhalisini qorxu içində saxlamış, sadə insanları yoldan çıxarmış, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirərək məkrli niyyətlərini həyata keçirməyə çalışmışdır. Onların başlıca məqsədi təhdidlə, zorakı yollarla əhalinin kütləvi şəkildə hakimiyyətə qarşı radikal çıxışlarını təşkil etmək, Şərqdə baş verən qanlı ssenariləri Azərbaycanda təkrarlamaq və ölkəni Liviyaya, Suriyaya çevirmək olmuşdur».

İşçiləri Eldar Mahmudovu pis vəziyyətdə qoyub

General Akif Çovdarov, arxiv fotosu
General Akif Çovdarov, arxiv fotosu

«Azadlıq» qəzeti yazır ki, «MTN işi» ilə həbs olunanlar istintaqa ifadələrində bütün məsuliyyəti keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun üzərinə atıb. Onlar göstəriş olmadan heç bir addım atmadıqlarını bildiriblər.

Hüquqşünas Mahmud Hacıyev bildirir ki, «MTN işi» ilə bağlı baş verənlərə görə Akif Çovdarovun «baş müqəssir» qismində qələmə verilməsi məntiqli deyil»: «Bəzi qurumlar sanki bilərəkdən, bəziləri isə bilməyərəkdən hadisələrin bütün foksunu Akif Çovdarova yönəltməyə başladılar. Bütün məsələlərdə yalnız onun adını hallandırır, baş verənlərə görə bir tək onu ittiham edirdilər. Hüquq-mühafizə orqanlarında çalışan hər kəs biliri ki, rəhbərliyin göstərişi, razılığı olmadan heç kim ağır nəticələrə səbəb olacaq bu cür qeyri-qanuni addımlar atmır, bu cür hərəkətlərə yol vermir». Mahmud Hacıyevin sözlərinə görə, Akif Çovdarovun yol verdiyii bütün qanunsuzluqlara görə nazir, nazir müavinləri və aparat rəhbəri də məsuliyyət daşıyır: «Akif Çovdarovun nazir, nazirin üç müavini, eləcə də aparat rəhbərinə tabeçiliyi var. «Çovdarov bu şəxlərin razılığı olmadan belə şeyə getməz».

Arxiv fotosu
Arxiv fotosu

Kreditli həyat

«Exo» qəzeti yzır ki, kreditli həyat müasir Azərbaycanın reallığına çevrilib.

«Bəs belə bir həyat yaşamaq lazımdırdmı? Bununla bağlı mübahisələr səngimir.

Xüsusilə gələcəkdə kreditlər üzrə faiz dərəcələrinin azaldılması fonunda. Bu gün Azərbaycanın hər dördüncü sakininin kredit borcu var. Problemli kreditlər isə 1 milyard 300 milyon mant təşkil edir. Mütəxəssislər bildirirlər ki, istənilən kredit borcu insanın ümumi vəziyyətinə mənfi təsir göstərir».

XS
SM
MD
LG