Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:47

Mərkəzi Bank və Neft Fondu «əriyir»


Mərkəzi Bank
Mərkəzi Bank

-

«Azadlıq» qəzeti yazır ki, Azərbaycan 2 ayda 1.3 milyard dollar itirib:

«Mərkəzi Bankın ehtiyatları azalır, Neft Fondunun aktivlərinin səmərəli idarə edilməsi zəifləyib, dövlət büdcəsinin növbəti il üçün gəlirləri 25.1 faiz azalıb. Bütün bunlarla yanaşı, biznes subyektlərinin gəlirləri azalır.İstehlakçıların satın aldıqları mal və xidmətlərdin həcmində aşağı düşmələr var. Bütün bunlar isə onu deməyə əsas verir ki, ölkədə işgüzar aktivlik səviyyəsi xeyli aşağı düşüb. Hazırda kiçik və orta sahibkarlıq subyektlərinin vergi borcları 1.4 milyard manatı keçib. İndiyə qədər neft pulları hesabına hərarətlənən bazarlarda daha əvvəlki dinamizm hiss olunmur».

AZTV-NİN «ZƏHMƏTKEŞLƏRİ» YAP-ÇI ÇIXDI

Dekabrın 1-də Azərbaycan Televiziyasında Nardaranda keçirilən əməliyyatla bağlı süjet yayımlanıb. Süjetdə Nardaran «‎terrorçu yuvası», «cinayətkar ada» kimi təqdim edilib.

meydan.tv yazır ki, reportajda 4 gəncin də münasibəti yer alıb. Onlar da başqaları kimi təsadüfi seçilmiş sadə vətəndaşlar kimi təqdim olunub. Həmin gənclərin adları da düzgün yazılmayıb:

«Adların səhv yazılması texniki problemlə də bağlı ola bilər. Əsas məsələ odur ki, bu gənclərin hamısı YAP üzvləridir.»

Nardaran
Nardaran

NARDARAN ORTA ƏSRLƏRİN AB-HAVASINDAN XİLAS EDİLİR

«Azərbaycan» qəzeti yazır ki, dekabrın 1-dən hüquq-mühafizə orqanlarının Nardaranda başladığı xüsusi əməliyyat bəhrəsini verir:

«Artıq qəsəbənin küçələri orta əsrlərin ab-havasından, radikal dini simvolikalardan, ekstremist və terrorçuların qurduğu «barrikada»lardan təmizlənib. Radikal dini şüarlar, plakatlar və qara bayraqlar yığışdırılıb. Divarlarda qara boyalı dini yazılar silinib, ağ boya ilə təmizlənib. İnzibati binalarda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Nardaranda hakimiyyət orqanlarının funksiyasının mənimsənilməsi, təxribat törətmək, təhdid və təzyiq vasitəsilə insanları radikallığa və itaətsizliyə məcbur etmək cəhdlərinin qarşısı ən sərt şəkildə alınacaq. Qanunların işləməsi təmin ediləcək, ümumi həyat ritmi tam bərpa olunacaq. Azərbaycan dövləti bir daha belə halların baş verməməsi üçün zəruri tədbirləri sona kimi davam etdirməkdə tam qətiyyətlidir».

BAKI KÜÇƏLƏRİ GECƏLƏR ZÜLMƏTƏ DÖNÜR

«Bizim Yol» qəzeti yazır ki, yolların əksəriyyətində işıqlandırma olmadığından bu, faciəli qəzalara səbəb olur:

«Sürücülərin dediyinə görə, havanın tez qaralıb, gec işıqlandığı bu fəsildə qəzaların artmasının bir səbəbi də ya işıqlanmanın olmaması, ya da çox zəif olmasıdır. Bakı-Sumqayıt magistralından istifadə edənlər qaranlıqda hərəkət etməyin təhlükə yaratdığını bildirirlər. Xocasən-Lökbatan yolunda işıqlanma ümumiyyətlə yoxdur. İki qəsəbəni birləşdirən bu şosedə istər sürücü, istər də piyada hərəkət etməkdə çətinlik çəkir. Maştağa-Bilgəh yolu geniş zolağa və yeni asfalt örtüyə malik olsa da, bu yolda da işığa həsrət qalan dirəklər var. Amma onlar da elektrik enerjisinin nə olduğundan xəbərsizdir. Yolla hərəkət edən istənilən sürücü bəlkə də, mənzil başına çatana qədər dua edir».

Həmçinin bax: AzadlıqRadiosu Youtube Kanalında izləyin

XS
SM
MD
LG