Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:37

Nardaranda ölənlər dəfn edilib


Nardaran yoluna qara maskalılar nəzarət edir
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Nardaran yoluna qara maskalılar nəzarət edir

-

Noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ölən yerli sakinlər torpağa tapşırılıb.

Qəsəbə ağsaqqalı Hacı Natiq Kərimov AzadlıqRadiosuna deyir ki, ölənlərdən dördünü köhnə qəbiristanlıqda dəfn ediblər: «Dünən (dekabrın 4-də) Göy Məsciddə meyitləri yuyub kəndin qəbiristanlığında dəfn ediblər».

Qeyd edək ki, olay zamanı Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb.

N.Kərimov deyir ki, Abbas Hüseynin cənazəsi verilməyib və bu barədə heç bir məlumatları yoxdur.

N.Kərimov AzadlıqRadiosuna Nardarana hələ də işığın verilmədiyini söyləyib. Onun sözlərinə görə, bütün evlərin qaz, işıq və su sayğacları yoxlanılır: «Deyirlər ki, tezliklə problem həll olunacaq, iş getdiyini söyləyirlər».

Kəndə hələ də giriş-çıxışa məhdudiyyət qoyulduğunu söyləyən N.Kərimovun sözlərinə görə, Nardaranın girişində polis postları var: «Kənddə 5 mindən çox qoşun var. Gediş-gəliş həmişəki kimidir».

Adını çəkilməsini istəməyən başqa bir Nardaran sakini AzadlıqRadiosuna kəndin bütün giriş-çıxışlarına Çevik Polis Alayının xüsusi təyinatlılarının nəzarət etdiyini deyib: «Kəndə getmək istəyən hər kəs yoxlanılır. Şəxsiyyət vəsiqəsi tələb edirlər. Nardaranlı olmayanları kəndə buraxmırlar. 189 saylı marşrut xətti də işləmir. Camaat evindən çölə çıxmır. İşə gedənlər də şəxsi avtomobillərindən istifadə edirlər».

Noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Atışma nəticəsində 2 polis əməkdaşı da daxil olmaqla 7 nəfər ölüb. Dekabrın 1-də qəsəbəyə daxili qoşunlar və hərbi texnika yeridilib. 30-dan çox adam həbs edilib.

XS
SM
MD
LG