Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:26

Xoşbəxt Yusifzadənin yanğın haqda dedikləri


Xoşbaxt Yusifzadə
Xoşbaxt Yusifzadə

-

“27 saat davam edən külək dalğanı 8-10 metrə çatdırdı. Dalğanın gücünü qaz borusu saxlaya bilmədi və partlayış oldu. Birdən-birə işıqlar sönüb, işçilər özlərini itiriblər”.

Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə belə deyib.
Dekabrın 6-da Dövlət Neft Şirkətində "Günəşli" yatağında baş verən yanğınla əlaqədar mətbuat konfransı keçirilib.

Qafqazinfo-nun yazdığına görə, Xoşbəxt Yusifzadə deyib ki, yaradılan komissiyanın rəhbəri Artur Rasizadə neft şirkətinin rəhbərliyi ilə görüşüb:

“İşçilər təlimata uyğun davranaraq qayıqlardan istifadə edərək xilas olmağa çalışıblar. Dalğanın hündürlüyü çox olduğu üçün tam suya düşməyib müəyyən hündürlükdə gözləmək qərarına gəliblər. Fikirləşiblər ki, ora gələn gəmilər onları xilas edəcək. Ora çoxlu gəmi gəlsə də, heç biri dalğalara görə yaxınlaşa bilmədilər. Gecə saat 22:30 radələrinə qayıqlardan birinin ipi qırılıb, adamlar suya tökülüb. Hamısının təhlükəsizlik jileti olub. Onlardan üçü çıxarılıb, o birilər axtarılır. Digər qayıqdakılar hamısı salamat xilas olunub. İndi əsas məsələ itkin düşənləri tapmaqdır. Azərbaycanın bütün qurumlarının gəmiləri, vertolyotlar onların axtarışına çıxıb. Bizim əsas işimiz onları tapmaqdır”.

XS
SM
MD
LG