Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:17

"Kubik-Rubik"in 40 yaşı olur


-

Bütün zamanların ən məşhur oyuncağı

"Kubik-Rubik" oyuncaqdır, tapmacadır, həm də yaradıcısının fikrincə, incəsənət əsəridir və daha çox şeydir.

Erno Rubick
Erno Rubick

1975-ci ildə macar arxitektoru Ernő Rubik bu oyuncağı tələbələrinə dərs vəsaiti kimi düzəldib. Həmin vaxt o, İnşaat və Arxitektura fakültəsində dərs deyirmiş.

Kubik əvvəlcə Nyu-Yorkda satışa çıxıb. Yaranmasından 40 il sonra bu kubikin orijinalı (saxtalarını saymasaq) dünyada 350 milyon ədəd satılıb. O, özü belə çox satış, belə böyük uğur gözləmirmiş.

Macar ixtiraçı deyir ki, əvvəl özü də bu kubiki həll edə bilmirmiş. Bir ay baş sındırandan sonra onun çəmini tapıb - hər rəngi bir tərəfinə düzə bilib. Indi isə onun ən müxtəlif konfiqurasiyalarını əzbər bilir.

"Kubik-Rubik"in dünyanı qasırğa kimi bürüməsini o, həm lotoreya uğuruna bənzədir, həm də deyir: "Bir şey mənim xoşuma gəldisə, düşündüm ki, başqalarının da xoşuna gələcək."

XS
SM
MD
LG