Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:31

Məşhur rejissordan D.Trump-a etiraz: “Biz hamımız müsəlmanıq”


Michael Moore
Michael Moore

►Amerikalı kinorejissor Michael Moore müsəlmanlarla bağlı fikrinə görə Donald Trump-a tənqidi məktub yazıb

Moore ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə əsas namizəd sayılan Trump-a məktubunu Facebook sosial şəbəkəsində yerləşdirib.

Məktub yazmazdan öncə isə kinorejissor əlində “Biz hamımız müsəlmanıq” şüarı yazılan plakatla “Trump Tower” binasının önünə gedib, polis onu uzaqlaşdıranədək orada dayanıb.

Buna da bax: İlqar Məmmədov: «Demək məni buraxmaq fikirləri yoxdur...»

“SİZİN FİKRİNİZCƏ, O “CİN” BÜTÜN MÜSƏLMANLARDIR”

Moore məktubunu Trump-a onunla 1998-ci ildə tok-şouda iştirakını xatırlatmaqla başlayır. Yazır ki, ilk təəssüratına görə, Trump ondan qorxub.

“... efir başlamazdan öncə, prodüser məni kənara çəkib bildirdi ki, siz mənimlə bir efirdə olacaqsız deyə “əsəbiləşmisiz”. Prodüser dedi ki, siz “ağır zərbə” almaq istəmirsiz və arxayın olmaq istəyirsiz ki, mən sizdən sonra efirdə olmayacam” – deyə Moore xatırlayır.

Donald Trump
Donald Trump

Daha sonra Moore yazır: “Siz sakitləşdiriləndən sonra mənə qarşı çevrildiz və dediz: “Mən sadəcə burada hər hansı narahatçılıq istəmirdim, əmin olmaq istəyirdim ki, siz bilirsiz ki, siz və mən tək olacağıq və siz mənə gülüş doğura biləcək söz atmayacaqsız”.

“Söz atmaq”? Mən düşündüm ki, biz, görəsən, hardayıq, 3-cü sinifdə? Özünü lovğa göstərən birinin bu cür “hürkək pişiyə” çevrilməsinə mat-məəttəl qalmışdım”.

Daha sonra Moore Trump-ın ortada heç bir səbəb olmadan müsəlmanlardan qorxduğunu deyir.

“… 2015-ci ildəyik, bir çoxları kimi siz də canınızı ala biləcək “cin”dən qorxursuz və sizin fikrinizcə, o “cin” bütün müsəlmanlardır. Can alan bir kimsə yox, məhz elə bütün müsəlmanlar” – deyə Moore yazır.

Moore bu yaxınlarda Trump-ın ölkəyə müsəlmanların gəlməsinə qadağa qoymağa səsləməsini də tənqid edib, deyib ki, gələn il prezident seçəcək seçicilərin 81 faizi onun kimi birinin ölkəyə başçılıq etməsini istəməyən elektoratdır.

O, öz etiraz plakatında yazdığı şüarı məktubunda da təkrarlayıb, yazır ki, “Biz hamımız müsəlmanıq”.

Biz hamımız Allahın övladlarıyıq, insan ailəsinin bir üzvüyük və sənin deyəcəyin və ya edəcəyin heç bir şey bu faktı dəyişə bilməz.

“Biz hamımız Allahın övladlarıyıq, insan ailəsinin bir üzvüyük və sənin deyəcəyin və ya edəcəyin heç bir şey bu faktı dəyişə bilməz. Əgər sən bu Amerika qaydası ilə yaşamaq istəmirsənsə, göydələnlərindən birinin otağına çəkil, orada otur və dediklərin barədə düşün” – deyə Moore qeyd edir.

Kinorejissor Trump-ı amerikalılardan əl çəkməyə, onlara prezidentliyə daha yaxşı namizəd seçmək imkanı verməyə çağırır.

Buna da bax: Neft Fondunun direktoru: "34 milyardımız var"

“BU CÜR EHTİYATSIZ, DEMAQOQ FİKİRLƏR…”

Trump-ın sözügedən mövqeyi dünya səviyyəsində qəzəbə tuş gəlib və o, dekabrın 16-da prezidentliyə respublikaçı namizədlərin son debatında daha çox “hücum”a məruz qalıb.

Trump-ın müsəlmanlarla bağlı fikrinə yevangelist liderlər də qarşı çıxıblar.

Cənubi Baptist Konvensiyasında etika və din azadlığı ilə bağlı komissiyanın prezidenti Russell Moore Trump-ı belə bir çağırışa görə tənqid edib, xəbərdarlıq edib ki, onun bu cür “ehtiyatsız, demaqoq” fikirləri dini azadlığı təhqir edir.

Bundan öncə də Trump-ı tənqid edənlər sırasında olan Moore müsahibəsində deyib ki, din azadlığı hər kəsə aiddir, təkcə xristianlara yox.

Moore-nin fikirlərini bir çox keşişlər də dəstəkləyib.

33 FAİZLƏ SƏSLƏ BİRİNCİ OLUB

Trump müsəlmanların ABŞ-a daxil olmasına qadağa qoyulmasını istəyir. O, həmçinin cənubda sədd tikilməsini istəyir ki, qeyri-qanuni miqrantlar bu səddən o tayda qalsınlar.

“Biz hər hansı təcriddən danışmırıq, biz təhlükəsizlikdən danışırıq” – deyə Trump qeyd edir.

“Reuters/Ipsos” sorğulamasına görə, dekabrın 7-də müsəlmanlarla bağlı sözügedən çağırışından sonra Trumpa respublikaçı seçicilər arasında dəstək daha da artıb, 33 faizə çatıb. O, reytinqdə birincidir. 15 faiz səslə Cruz ikinci, 12 faiz səslə Ben Carson üçüncüdür.

XS
SM
MD
LG