Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

Vəzifəli şəsxsin oğlu 6 nəfəri güllələdi


Foto arxiv
Foto arxiv

Bakıda restoranda 6 nəfəri güllələyən vəzifəli şəxsin oğludur.

APA-nın məumatına görə, hadisəni törədən Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur.

Fəxrəddin Əliyev dekabrın 22-də tutduğu vəzifədən azad edilib. Onun yerinə artıq təyinat da olub.

Belə ki, nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədov 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi təyin edilib.

FəxrəddinƏliyev APA-ya açıqlamasında oğlunun psixoloji problemləri olduğunu deyib: “Hadisə ilə bağlı hazırda Bakıdayam. Hadisə barədə heç nə deyə bilmərəmŞ hazırda araşdırma gedir. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.

Qeyd edək ki, hadisə dekabrın 21-i saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Zeytə” restoranında baş verib.

Məhərrəm Əliyev və Samir adlı şəxslə qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimov arasında mübahisə düşüb.

Məhərrəm Əliyev atəş açaraq“Vinçestr” markalı silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerini tərk ediblər.

Xəsarət alanlar restoranında ad günü məclisinə gəliblərmiş.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutulub.

XS
SM
MD
LG