Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:27

Müğənnilərin nə qədər vergi borcu var


“Ən çox vergi borcu olan “Şeron” qrupudur, o 13 min manat ödəməlidir”. Vergilər Nazirliyindən AzadlıqRadiosuna verilən məlumatda belə deyilir.

Siyahıya 13 min manatlıq borcu ilə “Şeron” qrupu başçılıq edir. İkinci yerdə Ayaz Qasımov gəlir, onun vergi borcu 8 min manatdır.

Sıralama bu cür davam edir:Zamiq Hüseynov 4700, Rəqsanə İsmayılova 4350, Xəyyam Nisanov 4270, Emil Bədəlov 3600, Rüfət Axundov 1600 manat vergi ödəmlidirlər.

Nazirlikdən bildirirlər ki, vergilər hesablanarkən müğənnilərin müsəlmanlar üçün müqəddəs və ağır aylar olan Ramazan və Məhərrəmlik aylarında, eləcə də yerli adətə görə xeyir işlərin təxirə salındığı mayda işləmədiklərini də nəzərə alıblar.

Nazirliyin mətbuat xidmətindən bildirirlər ki, vergi borcu ödənməsə, müğənnilərin əmlakı müsadirə ediləcək, ölkədən çıxışlarına qadağa qoyulacaq.

XS
SM
MD
LG