Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:40

Putindən “Dünyanı dəyişdirən sözlər”


►Rusiyanın avtoritar liderini tərəfdarları belə təbliğ edir

Rusiyada prezident Vladimir Putinin çıxışlarından ibarət 400 səhifəlik kitab çıxıb.

“The Guardian” qəzeti yazır ki, kitab Rusiyada Yeni İl hədiyyəsi kimi deputatlara və siyasətçilərə paylanıb.

“Dünyanı dəyişdirən sözlər” adlı bu kitabı Kremlin tərəfdarları olan gənclər qrupu çap edib.

Qrupun rəhbəri Anton Volodin kitab haqqında deyir:

“Bir il əvvəl Putinin köhnə çıxışlarını oxuyanda gördük ki, onun bütün proqnozları düz çıxır. Bundan sonra bütün çıxışlarını təhlil etməyə başladıq. Gördük ki, Putinin əvvəl söylədikləri ya olur, ya da olmaq üzrədir. Bəzi adamlar fikirlərşir ki, Putin nə edəcəyi bilinməyən adamdır. Ancaq o, şəffaf, açıq və məntiqlidir”.

Buna da bax: ABŞ-ın sabiq səfiri: "Bu əfv itirilmiş imkandı"

“Putin rusların atasıdır”

Kitabda 19 məqalə və çıxış yer alıb. Kitab Putinin 2003-cü ildəki çıxışı ilə başlayır. BMT-dəki builki çıxışıyla sona çatır.

Kitabın hansı vəsaitlə çıxması haqda məlumat verilmir.

Yazıda deyilir ki, kitabı çap edən qrup Kremlə yaxındır. Qrupun saytında isə Putin rusların atası kimi təqdim edilir:

“Atayla birlkdəyik. Onunla eyni fikirdəyik. Onun gücünü bölüşür, bu gücdən istifadə etməyi öyrənir, atayla birlikdə enerjisini bu günümüzə və gələcəyə yönləndiririk”.

“Kefir içirəm”

Putinin sözçüsü Dimitri Peskov kitabın çıxmasından təzəlikcə xəbər tutduqlarını söyləyib. Kitabın üz qabğında Putinin “Vurulduqca daha da güclənirik”, “Rusiya –həyatım”və “Kefir içirəm” kimi sözlər yer alır.

“The Guardian” yazır ki, kitab yanvarın sonlarında satışa çıxarılacaq. İqtisadi çətinliklərə baxmayaraq Putinə dəstəyin indi həmişəkindən daha çox olduğu da bildirilir.

Buna da bax: A.Nevzorov: "Həyatımda gördüyüm ən cəsur əsgər azərbaycanlı idi"

Putin ətri

Məqalədə vurğulanır ki, bütün ölkədə, aeroportlarda, Putinin şəkli olan köynəklər, fincanlar, yapışdırcılar, hətta Putinin əhval-ruhiyyəsini əks etdirən ətir də satılır. Şirkət ətrin “yumşaq, həm də çox sərt” olduğunu bildirir.

Nikah mərasimində Heydər Əliyev söhbəti...
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

XS
SM
MD
LG