Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:37

İlham Əliyev: «Neftdən asılılıq hələ ki, davam edir»


İlham Əliyev
İlham Əliyev

-

«Biz elə işləməliyik ki, neftin qiymətindən asılılığı aradan götürək. Son illərdə qeyri-neft sektorunun inkişafı, bax, bu məqsədi güdür. Əgər biz bu islahatları aparmasaydıq, bu gün çox ağır vəziyyətdə ola bilərdik».

Bunu prezident İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışında Xəzər rayonunun bir qrup sakini ilə görüşdə deyib.

Prezident qeyd edib ki, ancaq neftdən asılılıq hələ ki, davam edir və davam edəcək: «Bu asılılığı ən aşağı səviyyəyə endirmək üçün həm iqtisadi islahatlar, həm idarəetmə sahəsində çox ciddi islahatlar aparılmalıdır. İlk növbədə, bütün sahələrdə şəffaflıq tam təmin edilməlidir. Gəlirlərə, xərclərə nəzarət gücləndirilməlidir, xüsusilə ictimai nəzarət».

Dövlət başçısı bildirib ki, 2016-cı il iqtisadi cəhətdən asan il olmayacaq.

«Ancaq elə işləməliyik ki, mənfi tərəfləri minimum səviyyəsinə endirək. Mən əminəm ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edəcək, heç bir sosial proqramın icrası ilə bağlı heç bir problem olmayacaq. Biz daha da ciddi sosial siyasət aparacağıq və çalışacağıq ki, daha çox xarici sərmayəni cəlb edək, israfçılığa yol verməyək. Qeyd etdiyim kimi, idarəetmə sistemində xoşagəlməz halların aradan qaldırılması işində daha da fəal işləyəcəyik» - deyə İlham Əliyev fikrini tamamlayıb. /AZƏRTAC/

XS
SM
MD
LG