Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:09

Rayonlardan Bakıya maşınlarla manat daşınır


Valyutadəyişmə məntəqəsi.
Valyutadəyişmə məntəqəsi.

-

«Ölkədə manata inamsızlıq pik həddə çatdı; Devalvasiyanın 9-cu günü çörək bahalaşdı».

Bu haqda «Azadlıq» qəzeti yazır.

Bank sektorundan adının açıqlanmasını istəməyən mənbə qəzetə deyib ki, bu dəqiqə ən böyük təhlükə rayonlardan manatın içi dolu maşınlarla Bakıya daşınmasıdır: «Banklar valyutadəyişmə məntəqələrini və filiallarını dollar ilə təmin etməkdə çətinlik çəkirlər».

Qəzet yazır ki, bir çox banklar, əmanətçilərin pullarını qaytarmır:

«Xarici valyutada olan əmanətlər sahiblərinə hissə-hissə geri ödənilir. Bir çox müştərilərin plastik kartla bankomatdan pul çıxarmaq cəhdi uğursuz olub. Yəni müştərilərə nağd valyuta verilməsində məhdudiyyət var. Bu, nağd valyuta qıtlığı ilə izah edilir. Banklardan bildirildi ki, hansısa məhdudiyyət yoxdur, sadəcə, dollar az olduğundan tez qurtarır. Bankomatda dollarda pul qurtardıqda müştəri növbəti günü gözləməlidir».

Foto illüstrasiya.
Foto illüstrasiya.

AİLƏ BÜDCƏSİNƏ BELƏ QƏNAƏT ETMƏK OLAR

«Pulu düzgün və sərfəli xərcləməklə ailə büdcəsinə 35-40 qənaət etmək mümkündür».

Bunu ANSPress-ə şərhində iqtisadçı Fuad Rəsulov deyib.

Ekspert ailə büdcəsində qənaət üçün iki istiqamətə yönələn xərclərə diqqət yetirməyi vacib sayır: «Hər bir ailənin sabit və dəyişən xərcləri var. Qənaət etmək istəyimizi əsasən dəyişən xərclərdə reallaşdıra bilərik. Ailədə elə xərclər var ki, biz istəsək də, ona qənaət edə bilmirik. Amma dəyişən xərclərdə xeyli qənaət etmək olar. Sərfəli qənaət üçün ilk növbədə ailə büdcəsinin daha çox nəyə sərf olunduğunu öyrənmək lazımdır. Kommunal xərclərə baxıb mümkün qədər işıq, su və qaza qənaət etmək olar. Mobil və internetə çəkilən xərcləri də azaltmaq lazımdır».

Bayraq meydanı.
Bayraq meydanı.

AZƏRBAYCANIN BEYNƏLXALQ NÜFUZU YÜKSƏLİR

«Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənib».

Bu barədə «Azərbaycan» qəzeti yazır.

«İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın «sabitlik adası» kimi qalmaqdadır. Dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır və nümunə kimi göstərilir. Qeyri-neft sektoru ümumi daxili məhsulun 70 faizini təşkil edir ki, bu da son illər ərzində aparılan islahatlar nəticəsində mümkün olub. Azərbaycan dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir…. İqtisadi, siyasi, hərbi sahədə qüdrətimizin ildən-ilə əhəmiyyətli dərəcədə artması deməyə əsas verir ki, ölkəmizlə təzyiq dilində danışmaq qeyri-mümkündür. Azərbaycan yalnız onunla bərabərhüquqlu və xoşməramlı əməkdaşlıq etmək istəyən dövlətlərlə münasibətlər qura bilər» - məqalədə qeyd olunur.

XS
SM
MD
LG