Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:04

Gömrük Komitəsi ittihamlara cavab verdi


Astara gömrüyü
Astara gömrüyü

►"Belə vəziyyətdə hansı xarici investor gəlib Azərbaycanda işləyər?"

Gömrükdə hökm sürən inhisarçılığın aradan qaldırılması, islahatların davamı olaraq bu qurumun ləğv ediləcəyi barədə mütəxəssis fikirləri son günlər medianın başlıca mövzularından sayıla bilər.

Gömrük rəsmiləşdirməsi

Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətinin məlumatında deyilir ki, ölkəyə gətirilən malların gömrük dəyərinin müəyyənləşdirilmə sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır.

DGK həm də “mövcud maliyyə-iqtisadi böhran şəraitində” yerli istehsalçı mənafelərinin qoruyucusu kimi çıxış etdiyini, idxala yanaşmasında ölkədən xarici valyutanın aparılması prosesini zəiflətmək istəyinin hədəf götürüldüyünü bildirir. Ekspertlərsə belə pafosun arxasında bazara süni müdaxilə cəhdinin gizləndiyini düşünürlər:

“İdxal olunan əmtəənin mal-müşayiət sənədləri (rəsmi invoys, zəruri sertifikatlar, müqavilə və s.) varsa, Gömrük Komitəsinin həmin sənədləri şübhə altına alması qanunsuzdur və səlahiyyətlərin aşılmasıdır. İndi belə vəziyyətdə hansı xarici investor gəlib Azərbaycanda işləyər? Axı sahibkar avadanlıq və ya xammalı idxal edəndə, DGK deyəcək ki, yox, bu saxta invoysdur, qiymətər orda əks edilən kimi 100 min yox, 200 min dollardır. İndi 30 min yox, 60 min vergi ödəməlisən”. Gömrükdəki mövcud durumu iqtisadçı Rövşən Ağayev belə qiymətləndirir.

Müstəqil iqtisadçıların gömrük orqanının istehlak bazarında qiymətlərin yüksəkliyinə, əhalinin alıcılıq qabiliyyətinin aşağı salınmasına rəvac verməsi fikrinə də DGK-nın açıqlamasında reaksiya verilir:

“Ölkə ərazisinə idxal olunan malların gömrük dəyərləndirilməsi düzgün həyata keçirilməlidir ki, istehlak bazarında eyniadlı malların rəqabətliliyi təmin olunsun”.

Buna da bax: "Tale Bağırzadə ağır işgəncələrə məruz qalıb"

Ölkədə inhisarçılıq aradan qalxıb?

Nazim Məmmədov
Nazim Məmmədov

DGK inhisarçılığın aradan qaldırıldığını iddia edir və bunu bəzi rəqəmlərlə əsaslandırır:

“Ölkə ərazisinə idxalı bütün mal mövqeləri üzrə minlərlə təsərrüfat subyekti həyata keçirir. Məsələn: kərə yağını - 15-20; xamanı - 20-30; düyünü - 10-18; taxılı - 10-12; tikinti armaturunu – 20; taxtanı – 22; məişət əşyalarını 15 şirkət və fiziki şəxs gətirir”.

İqtisadçı Nazim Məmmədov deyir ki, səsləndirilən rəqəmlərin arxasında gömrük brokerlərinin əli ilə yaradılmış saxta şirkətlər dayanır və mətbuat bu faktları dəfələrələ ifşa edib. Onların nəzarətindən kənar idxal fəaliyyəti ilə məşğul olmaq istəyənlərə isə çoxsaylı maneələr yaradılır.

“Gömrük brokerləri sahibkarlara xidmət göstərmək əvəzinə...”

Komitə mətbuatda gömrük brokerlərinin idxal əməliyyatlarından kənarlaşdırılması barədə xəbərlərə də münasibət bildirir. Sözügedən açıqlamada deyilir ki, gömrük təmsilçiliyi, gömrük brokeri və səlahiyyətli iqtisadi operator fəaliyyəti Gömrük Məcəlləsində əksini tapıb. Bu tip qurumlar BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının dəstəyi ilə cəlb olunmuş beynəlxalq ekspertlərin tövsiyələrinə əsasən, qanunvericilikdə də nəzərdə tutulub.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqitsadçı ekspert Qubad İbadoğlu heç kəsin gömrük brokerlərinin əleyhinə olmadığına diqqət çəkir:.

“Lakin hazırda gömrük orqanlarında hökm sürən özbaşınalığın nəticəsidir ki, gömrük brokerləri öz birbaşa vəzifələri ilə məşğul olub, sahibkarlara xidmət göstərmək əvəzinə, gömrük orqanları mənafeyinin təmsilçisi kimi çıxış edirlər”.

Xatırlatmaq yerinə düşər ki, hazırda gömrük brokeri xidməti lisenziyalaşdırılan fəaliyyət növləri sırasından çıxarılb. DGK idxalçılara tövsiyə edir ki, onlar birbaşa Komitənin ərazi və ixtisaslaşdırılmış idarələrinə müraciət etsinlər..

Buna da bax: Azərbaycanda siqaretin sürətlə bahalaşmasının səbəbləri...

“Güzgü statistikası”

Müstəqil ekspertlər illərdən bəri Azərbaycan gömrüyündə idxal mallarının bilərəkdən azaldılmasına, gömrük vergi və rüsumlarından yayınmaq üçün qiymətlərin süni şəkildə aşağı salınaraq rəsmiləşdirilməsinə diqqət çəkirlər. Komitə həmin ittihamları belə cavablandırır:

“Son 6 il (2008-2013-cü illər) ərzində 15 ölkədən (Almaniya, Belarus, Çin, Macarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, İran, İsrail və Fransadan) Azərbaycana 21 milyard 580 milyon dollar həcmində idxal mallarının statistik uçotdan yayındırılmasının fakt kimi göstərilməsi tam yanlış və əsassızdır. Digər tərəfdən, büdcənin bu illər ərzində itkisi də cəfəngiyyatdan başqa bir şey deyil”.

DGK-nın bu açıqlamasını AzadlıqRadiosuna dəyərləndirən Qubad İbadoğlu deyir ki, onun “güzgü statistikası” və büdcədən yayındırılan vəsaitləra dair araşdırmaları BMT-nin Ticarət Statistikası portalının (http://comtrade.un.org/) rəsmi məlumatlarına istinad edir və iddialarını DGK rəsmilərinə üzbəüz açıq polemikada istənilən vaxt sübut edə bilər.

XS
SM
MD
LG