Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:43

Ilham Əliyev geniş özəlləşdirmə olacağına eyham vurdu


İlham Əliyev
İlham Əliyev

►Dövlət başçısı manata olan etimadın bərpası üçün tədbir görəcək

Yanvarın 18-də prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.

Prezidentin rəsmi saytının yaydığı xəbərdə deyilir ki, dövlət başçısı son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyib. O hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını bildirib.

İlham Əliyev Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən “asanlıqla çıxacağını” bildirməklə yanaşı, ölkədə islahatların dərinləşməsinin vacibliyini də vurğulayıb.

İLHAM ƏLİYEV MİLLİ MƏCLİSİN NİYƏ TOPLAŞACAĞINA İŞARƏ VERDİ

Prezident struktur islahatları ilə bağlı artıq müəyyən addımların atıldığını deyib və bir daha bəyan edib ki, “bir-birini təkrarlayan”, “lazımsız” dövlət qurumları ya birləşdirilməli, ya da ləğv olunmalıdır.

Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını söyləyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə də toxunub. O, bu məsələyə Milli Məclisin növbədənkənar sessiyasında baxılacağını da bildirib

GENİŞ ÖZƏLLƏŞDİRMƏYƏ GEDİLİR

Bundan əlavə, İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xarici və yerli investorların cəlb olunması, “iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması” ilə bağlı tapşırıqlar verib.

Dövlət başçısı manatın etimadının bərpası ilə bağlı ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə də toxunub. O hazırda ölkədə müşahidə olunan dollarizasiya prosesinin heç bir iqtisadi əhəmiyyətinin olmadığını deyib. Ancaq əlavə edib ki, manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı deyil. (Ardı aşağıda)

"Deməli, əslində dollar daha bahadır"
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Prezident bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini bildirib, bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.

XARİCİ MALİYYƏ BAZARLARINDAN MALİYYƏ RESURSLARININ CƏLBİ

İlham Əliyev bildirib ki, ölkənin xarici borcu “çox aşağı səviyyədə” olduğuna görə və mövcud vəziyyət nəzərə alınaraq Azərbaycan bazarına xarici maliyyə bazarlarından lazımi qədər maliyyə resursları cəlb edilə bilər.

SAHİBKARLARA 250 MİLYON MANAT KREDİT VERİLƏCƏK

Dövlət başçısı qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bir daha vurğulayıb. O Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib.

Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə toxunub. İş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan “əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının” aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Bununla yanaşı, dövlət başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.

İlham Əliyev son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu, bunu beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini söyləyib. Dövlət başçısı 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problemin olmayacağını bəyan edib.

"Xarici valyutada götürülmüş kreditlərin əsirləri" (Mitinq)
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

XS
SM
MD
LG