Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:12

Maşın ehtiyat hissələri bazarında etiraz aksiyası


Akiya
Akiya

-

Yanvarın 19-da Bakının Babək prospektində yerləşən, paytaxtın ən böyük maşın ehtiyat hissələri bazarında yer haqqının azaldılması tələbi ilə etiraz aksiyası keçirilib.

Bu haqda AzadlıqRadiosuna aksiya iştirakçıları məlumat verib.

Onlar deyirlər ki, manatın devalvasiyasından sonra alverləri getmir. Ancaq buna baxmayaraq icarəhaqqı əvvəlki kimi qalır. Maşın bazarının işçiləri sahibkarın onlara 2-3 aylıq güzəşt etməsinə də razıdırlar.

Adını söyləməyən bir nəfər deyir: «Mən üstüaçıq, 60 kvadratmetrlik yerə ayda 1000 manat pul verirəm, 260 manat da vergi. Halbuki bu mənim qazancımın yarısı da deyil. Ancaq Vergilər Nazirliyindən gəlib tapşırıblar ki, sahibkar vergi ödəməlidir. Hələ mən ən az yer haqqı verənəm. Adam var 3000 manat yer haqqı verir. Amma alver öləndən sonra bunu ödəmək olmur».

Aksiya
Aksiya

Başqa bir satıcı deyir ki, dollar bahalaşandan sonra firmalar da onlara güzəştə getmək istəmir, nisyə mal vermir: «Bazardasa bəzən günlərlə alver getmir».

Aksiyanı polis dağıdıb.

Bazarın rəhbəri hazırda Bakıda deyil. Onun köməkçisi aksiyaçılara deyib ki, məsələni yoluna qoymağa çalışacaqlar.

Ancaq etirazçılar buna inanmırlar: «Bununla neçənci dəfədir sözümüzü çatdırırıq, hər dəfə də bizi yola verir. Bir dəfə də sahibkar dedi ki, xoşu gəlməyən getsin. Hara gedək?...».

XS
SM
MD
LG