Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:26

Azərbaycanın 6 bankına «neqativ» xəbər


VTB Bank
VTB Bank

-

«Moody's Investors Service» beynəlxalq kredit reytinqi agentliyi Azərbaycanın 6 bankının kredit dərəcələrinə dəyişiklik edib. «Moody's» «VTB Bank»ın, «Bank of Baku» ASC-nin və «Unibank» ASC-nin uzunmüddətli depozit reytinqlərini aşağı salıb və «neqativ» (mənfi) proqnoz verib.

«Moody's» həmçinin «Xalq Bank», «Bank Respublika» və «Kapital Bank»ın uzunmüddətli depozit reytinqlərinin proqnozunu «Stabil»dən «Neqativ»ə dəyişib.

Xəbəri «Moody's»ın saytı yayıb.

Yanvarın 18-də Mərkəzi Bank «Bank of Azerbaijan» ASC-nin bank lisenziyasını ləğv edib. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovsa yanvarın 19-da 5-7 yerli bankın birləşdiriləcəyini açıqlayıb.

XS
SM
MD
LG