Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:31

Rəsulzadəni anım mitinqi keçirildi (VİDEO)


Rəsulzadəni anım mitinqi keçirilir
Gözlə

No media source currently available

0:00 0:04:38 0:00

Rəsulzadəni anım mitinqi keçirilir

Ölkənin müxalif qüvvələri 1918-20-ci illər Azərbaycan Cümhuriyytənin banisi Məıhəmməd Əmin Rəsulzadəni anadan olduğu yanvarın 31-də elə anadan olduğu Novxanı kəndindəki abidəsi önündə anıblar.

Anım ziyarətinə müxalif qüvvələrlə yanaşı Novxanı kənd sakinləri də qatılıblar.

Səhər saatlarından Müsavat, AXCP, KXCP, Bozqurd və s. partiyalar M.Ə.Rəsulzadənin abidəsi yerləşdiyi parka yürüş ediblər.

“Bu gün dövlətimizi quranların, onu bərpa edınləırin bayarmıdır”deyə ilk çıxışçı Klassik Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib. Partiya sədri bu mövzuda rəsmi Bakıya da mövqe ifadə edib “Ar olsun o kəslərə ki, bu bayrağın altında and içirlər, bayraq meydanı düzəldirlər, amma orada “Bir kərə yüksələn bayraq bir daha enməz”,- sözlərini yazmağa qorxurlar”deyə M.Mirəlioğlu rəsmi Bakını M.Rəsulzadəyə laqeydlikdə ittiham edib.

Müsavat başqanı Arif Hacılı qeyd edib ki, Məmməd Əmin Rəsulzadənin ideyaları yerinə yetəcək, gerçək olacaq.

“Rəsulzadə o şərəfli həyatı yaşamış birisidir ki, özündən sonra qoyduğu irs məslək yoludur və biz bu yolu dönmədən getməkdəyik. Rəsulzadə yalnız azərbaycan xalqının azalığı uğrunda mübarizə aparan şəxsiyyət olmayıb, sovet əsarətində əzilən xalqların lideri kimi təqdim olunur”, deyə tarixçi Nəsiman Yaqublu M.Rəsulzadənin apardığı mübarizəyə qiymət verib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Azərbaycan tarixi, mədəniyyəti və taleyində M.Ə.Rəsilzadənin həlledici rolu, xidmətləri olduğunu vurğulayıb. İ.Qəmbər Azərbaycan tarixində ona bərabər səviyyədə ikinci şəxs tapmağı mümkünsüz sayıb, bu şəxsin Azərbaycan istiqlalına, müstəqilliyinə hər zaman inandığını qeyd edib. Eyni zamanda İ.Qəmbər bu yolun qarşısını kəsmək istəyənılərin də olduğunu yada salıb.“Bu yolun qarşısını həmişə kəsməyə çalışıblar. Amma bu yolu davam etdirən böyük insanlar olub. Biz də bu yolu davam etdirəcəyik. Bu yolun qarşısını kəsmək mümkün deyil”deyə İ.Qəmbər nəzərə çatdırıb.

İsa Qəmbər deyib ki, İlham Əliyev də hakimiyyətə gələn kimi, müxalifətin olmayacağını dedi: “Amma Azərbaycanda camaat bir balaca hərəkətə gələn kimi Müsavat, Azərbaycan Xalq Cəbhəsi yada düşür. Biz yoxuqsa, nə üçün bizdən danışırlar. Biz istəyirik ki, dinc, islahatlarla, ardıcıl şəkildə inkişaf edib Rəsulzadənin idealı olan Azərbaycanı formalaşdıraq. Hər dəfə bunun qarşısını almağa çalışırlar. Amma bu qarşısıalınmazdır. Azərbaycanı böhrana salıblar, çıxış yolunu bilmirlər. Bizim dediklərimizə də qulaq asmaq istəmirlər. Bizim istəyimiz xalqı böhrandan çıxarmaq, islahatlar aparmaqdı”.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, Azərbaycanın milli qurtuluş tarixi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır:

“Məhəmməd Əmin Rəsulzadə ilk təhsilini mədrəsədə alsa da, sonrakı təlatümlü hadisələrin mərkəzində dayandı və zaman onu vaxtında ictimai proseslərin mərkəzində oturtmuş oldu. Elə ilk mətbu yazlarında onun millətinə bağlılığı göz qabağında idi. Rəsulzadə ictima-siyasi proseslərin səhnəsində gələndə Azərbaycan xalqı yol axtarırdı. Bu yolun hədəflərini verən olsa da, onu ümumi sistem kimi formalaşdırmaq missiyası Rəsulzadənin üzərinə düşdü”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətçiliyin gerçək qurucularından biridir:

“O, çətin zamanlarda üzərinə liderlik məsuliyyəti götürərək bu dövlətin qurulmasında müstəsna xidməti olan şəxsiyyətdir. Xalqımız haqlı olaraq bu böyük şəxsiyyəti sevir və onunla qürur duyur. Məhəmməd Əmin Rəsulzadə təkcə siyasətçi, ideoloq, dövlət xadimi deyildi, həm də millətimizin böyük yazarı, publissist idi. Ən vacibi isə özünün Azərbaycan dövlətinə və millətinə həsr etmiş böyük fəda idi”.

Ə. Kərimli qeyd edib ki, vaxt gələcək Rəsulzadənin məzarı Bakıya gətiriləcək və ən böyük abidə də məhz ona qoyulacaq.

“Azərbaycan tarixində iki dəfə- Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə təmiz əllərdə olub. Azərbaycana 23 ildir ki, rəhbərlik edən sülalə hakimiyyəti illərdir ki, bu iki təmizlik simvolları ilə mübarizə aparır”,- deyə Əli Kərimli bildirib.

XS
SM
MD
LG