Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

"Kiçik ölkədə bu qədər məmura ehtiyac yoxdur"


Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

►"Gürcüstan ona görə Azərbaycandan irəlidədir ki..."

Azərbaycan İqtisadi Azadlıq İndeksi hesabatında 92-ci yerdə və “qismən azad” ölkələr sırasındadır.

Hesabatı hər il "Wall Street Journal" qəzeti və Heritage Fondu birlikdə hazırlayır.

Hesabata görə, Azərbaycanın qonşusu Gürcüstan “daha çox azad” ölkələr sırasındadır, 23-cü yerdədir.

Siyasi iradə ilə maraq arasında çox böyük məsafə olur

İqtisadçı ekspert Oqtay Haqverdiyev deyir ki, bu cür sorğular və sıralamalara inam olmasa da, Azərbaycanda dövlətin iqtisadi proseslərə müdaxiləsinin səviyyəsi böyükdür:

“Bazar iqtisadiyyatında yaşadığımızı elan etmişiksə, bazar gərək dövlətin müdaxiləsindən azad olsun. Çox qəribədir ki, qanunlarımız çox liberaldır. Amma onların icrası mexanizmlərində böyük nöqsanlar var. İndiki model 10-15 il bundan qabaq, keçid dövründə lazım idi. Düzdür, prezident bu ili hətta iqtisadi islahatlar ili elan edib. Siyasi iradə var. Necə həyata keçirilməsini isə görəcəyik. Çünki, adətən, siyasi iradə ilə maraq arasında çox böyük məsafə olur. İqtisadi iradə, adətən, deklarativ xarakter daşıyır. Nöqsanların aradan götürülməsindən ötrü mütləq maraq olmalıdır. Bunun üçün, ilk növbədə, Azərbaycanda idarəetmə strukturunda köklü islahatlar aparılmalıdır. Kiçik bir ölkədə bu qədər məmurların olması o qədər də önəmli deyil. Heç lazım da deyil”.

Oqtay Haqverdiyev iqtisadi islahatların aparılacağına ümid etdiyini, dəyişikliklərinsə gözlənildiyini deyir.

Buna da bax: Adını “bank” qoymusansa...

İqtisadi islahatlar qaçılmaz olmalıdır

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

“İqtisadi Təhlil” İctimai Birliyinin sədri Məhəmməd Talıblı isə deyir ki, iqtisadi azadlıqların coğrafiyasını genişləndirən ölkələr sürətlə həmin sahədə vəziyyəti dəyişməyə çalışırlar. İnvestisiya cəlbediciliyi naminə maliyyə, biznes azadlığı üzrə daha çox investorların maraqlarını müdafiə edirlər. Həmin ölkələr də iqtisadi azadlıq göstəricilərinə görə seçilir. Ekspert hesabatda Gürcüstanın Azərbaycandan öndə olmasına da diqqət çəkir:

“Gürcüstanda iqtisadi islahatlar sürətlə gedir. Həm də Gürcüstan resurslardan asılı deyil. Xarici investisiya açıqlığı hiss olunur. Dövlət büdcəsinə daxilolmalarda demək olar ki, bütün sektorlar oxşar paya malikdir. Ancaq Azərbaycanda daha çox inhisarçılıq, korrupsiya, gömrük rəsmiləşdirmələrində ciddi problemlər, daxili və xarici investorlar üçün fərqli iqtisadi rejim mövcuddur. Ona görə də Gürcüstanın iqtisadi azadlıq indeksinə görə Azərbaycandan irəlidə olması təəccüblü deyil”.

İqtisadçı Azərbaycanda sərbəst və müstəqilbiznes qurumlarının olmadığı, manatın bir ildə iki dəfə devalvasiya olunduğu bir vəziyyətdə xarici investorların ölkəyə cəlbinin çətinliyini vurğulayır. Ekspert deyir ki, bu durum dövlət səviyyəsində hamını narahat etməlidir. İqtisadi islahatlar isə qaçılmaz olmalıdır.

Prezident İlham Əliyev 2016-cı ilin yekunları ilə bağlı çıxışında deyib ki, sosial siyasət, dərin iqtisadi islahatlar Azərbaycana indiki vəziyyətdən də uğurla çıxmağa imkan verəcək.

"2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”.

İşini itirən 800 fəhlədən prezidentə məktub
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

XS
SM
MD
LG