Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:09

«Fitch» iki bankın birləşməsini riskli sayır


Fitch
Fitch

-

«Fitch» beynəlxalq reytinq agentliyi «AGBank» və «DəmirBank»ın reytinqinə yenidən baxıb. Xəbəri APA yayıb.

Agentlik «AGBank»ın dayanıqlılıq reytinqini «CCC» səviyyəsindən «F»ə endirib. Agentlik bunu bankın artıq fəaliyyət göstərə bilməməsi ilə əlaqələndirib.

Analitiklərin fikrincə, «AGBank» dayanıqlığını itirib və təcili dəstəyə ehtiyacı var.

Agentlik «AGBank»ın «DəmirBank»la konsolidasiyasına da münasibət bildirib. Agentlik hesab edir ki, birləşmə baş verərsə və bu prosesdən əvvəl «AGBank»a kapital dəstəyi göstərilərsə, uzunmüddətli defolt reytinqi «CCC» səviyyəsindən yuxarı qalxa bilər.

«Konsolidasiya prosesi baş verməzsə və banka kapital dəstəyi göstərilməzsə, biz reytinqi aşağı salmalı olacağıq», - deyə hesabatda bildirilir.

Devalvasiya nəticəsində «DəmirBank»ın kapital mövqeyinin zəifləməsini, aktivlərinin keyfiyyətinin pisləşməsini qeyd edən agentlik ekspertləri onun «AGBank»la birləşməsinin riskli sayır:

«Zəif kapitallı «AGBank»la birləşmə «DəmirBank»ın kredit profilini və reytinqini təzyiq altında qoya bilər».

Hər iki bankın menecmentindən «Fitch» agentliyinə bildirilib ki, konsolidasiya prosesi yalnız səhmdarların və Mərkəzi Bankın zəruri maliyyə dəstəyi nəticəsində baş verə bilər.

Yada salaq ki, beynəlxalq reytinq şirkəti «Standart&Poor's» bu günlərdə Azərbaycan banklarının reytinqini mənfiyə salıb. Maliyyə naziri Samir Şərifov isə bu dəyərləndirməni əsassəz saymışdı.

XS
SM
MD
LG