Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:20

Aya 100 min "qazanan" cibgir uşaq


Disneyland, Paris
Disneyland, Paris

►Rumıniyalı cibgirlər yarım il ərzində Paris Disneylendində 1,1 milyon avro oğurlayıblar

Rumıniya və Fransa polisi ildə 14,8 milyonadək turistin ziyarət etdiyi Paris Disneylendində genişmiqyaslı birgə əməliyyat keçirib.

Məqsəd əsasən romalardan ibarət olan mütəşəkkil cibgirlər dəstəsini tutmaq olub. Polisin hesablamalarına görə, təkcə son yarım il ərzində cinayətkar dəstənin üzvləri parkın ziyarətçilərindən 1,1 milyon avro oğurlayıblar. Soyulmuş adamların əksəriyyəti bu barədə polisə məlumat verməyib.

Müstəntiqlər müəyyən ediblər ki, cinayətkar dəstə "ailə və ya klan" prinsipi ilə fəaliyyət göstərirmiş, "böyüklər kiçikləri öyrədirmiş". Qrupun həm ən balaca, 7 - 8 yaşlı üzvləri, həm də yeniyetmələr oğurluq edirmişlər. Bir qız uşağı isə xüsusi kriminal istedad nümayiş etdirib: o, Disneylenddə ayda 100 min avro "qazanırmış".

"Siz onlardan acı həyat barədə hekayələr eşidirsiniz, amma onlara inanmaq olmaz. Rumıniyada onlar oğurluq pullarla özlərinə hovuzlu evlər tikirlər," deyə Fransa polisinin nümayəndələri vurğulayırlar.

Polis hesablayıb ki, cibgir uşaqlar və yeniyetmələr cinayətkar sindikata gündə 7 milyon avroya qədər qazanc gətirirmiş. Disneylenddə onlar özlərini adi turistlər kimi göstərir və hətta Mikki Maus qulaqları taxırmışlar.

Bildirilir ki, uşaqlar 3 - 4 nəfərlik qruplar şəklində fəaliyyət göstərirmiş. Onlardan biri qurbanın diqqətini yayındırdığı zaman ikincisi onun ciblərini təmizləyir, üçüncüsü isə oğurluq pulları götürüb qaçırmış.

Polis bildirir ki, bu uşaqlar cinayət törətdiklərini çox yaxşı bilirmişlər. Onlar özlərini başqa adlarla təqdim edir, yaşlarını yanlış göstərir, əl izlərini qoymaqdan və sümük skanlamasından keçməkdən israrla imtina edirmişlər. Bəzilərininsə dəfələrlə polis tərəfindən yaxalandığı bildirilir.

Mütəşəkkil Cinayətkarlığa qarşı Xüsusi Agentlik bu əməliyyatı keçən ilin martından bəri hazırlayırmış. Polis uzun müddət əyləncə parkında cibgirləri kameraların köməyilə müşahidə edib.

Əməliyyat nəticəsində cəmi 17 nəfər həbs olunub. Dəstənin başçıları olmaqda şübhəli bilinən altı nəfər cənubi Rumıniyanın Krayova şəhərində saxlanıb. Onlardan 25 min avro məbləğində nəğd pul, bahalı saatlar və zinət əşyaları götürülüb. Fransa polisi bildirib ki, onlrın Fransaya təhvil verilməsi barədə razılıq əldə olunub.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Disneylendin girişində turistlərin pulqabılarını oğurlayan və turistlərin parka gəldikləri qatarlarda cibgirlik edən yeniyetmələrə göstəriş verməkdə şübhəli bilinən daha bir rumıniyalı cütlük Paris ətrafında yaxalanıb. Bundan başqa Fransada daha altı rumıniyalı həbs olunub. Yaxalanmış daha üç yeniyetmə isə sığınacaqlara təhvil verilib. Fransa qanunlarına görə, onları həbsxanaya yerləşdimək olmaz. Ancaq polis xəbərdarlıq edib ki, onlar ev dustaqlığında saxlanacaqları təqdirdə böyük ehtimalla qaçacaqlar.

Cinayətkar dəstənin təşkilatçılarını 15 yaşına çatmamış uşaqların cinayətkar fəaliyyətə cəlb edilməsinə, cinayətkar birliyin təşkilinə və çirkli pulların yuyulmasına görə 30 il həbs cəzası gözləyir.

Rumıniyanın Fransadakı səfirliyinin təhlükəsizlik attaşesi Aleksandr İonesku bildirib ki, o, ölkəsinin "xaricə cinayətkarlar ixrac etməsinə görə" təəssüf edir.

Buna da bax...

"Bazarda hələ belə zəif alver olmamışdı"
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

XS
SM
MD
LG