Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:27

Mogherini-dən jurnalistlərə dəstək istəndi


Joel Simon
Joel Simon

-

«Azərbaycanda mətbuat ağır vəziyyətdədir. Mətbuat azadlığı mövzusunu Bakıdakı danışıqlarınızda müzakirə etməyi xahiş edirəm».

Beynəlxalq Mətbuat Komitəsinin rəhbəri Joel Simon-un Avropa Birliyinin Azərbaycana səfərə gələn vitse-prezidenti Federica Mogherini-yə məktubunda belə deyilir.

J.Simon qeyd edir ki, Azərbaycanda son iki ildə jurnalistlərə qarşı misli görünməmiş təzyiq, həbs və təqib faktları baş verib. Buna qədər isə BBC, AzadlıqRadiosunun yerli tezliklərdə yayımı qadağan olunub, ofisləri bağlanıb, «Obyektiv TV», Mediaforum və digər müstəqil KİV fəaliyyətini dayandırıb.

«Sizi Azərbaycana həbs edilmiş həmkarlarımızı müdafiə etmək üçün bu imkandan istifadə etməyə çağırırıq. Sizdən bazar ertəsi günü Azərbaycan rəsmiləri ilə keçirəcəyiniz görüşlərdə mətbuat azadlığının əhəmiyyətini vurğulamağı, hakimiyyəti daha tolerant mühit yaratmağa çağırmağı xahiş edirik. Azərbaycanda həbsdə olan səkkiz jurnalistin dərhal və qeyd-şərtsiz azad edilməsi bu yolda mühüm addım olardı»,- deyə məktubda bildirilir.

Avropa Birliyinin vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini fevralın 29-da Azərbaycana gələcək. Qonaq prezident İlham Əliyevlə və digər rəsmilərlə görüşəcək.

XS
SM
MD
LG