Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:00

İlham Əliyev mədəniyyət şöbələrini ləğv edir


İlham Əliyev Gəncədə
İlham Əliyev Gəncədə

►Prezidentin sərəncamına görə, ləğv olunan şöbələrin bazaları əsasında regional idarələr yaradılacaq

Prezident İlham Əliyev martın 29-da Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam əsasən, nazirliyin bütün rayon şöbələri ləğv olunacaq. Ləğv olunan şöbələrin bazaları əsasında regional idarələr yaradılacaq.

Məsələn, indiyədək Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının hər birində mədəniyyət və turizm şöbələri fəaliyyət göstərirdi. Prezidenti sərəncamına əsasən həmin şöblər ləğv ediləcək, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi yaradılacaq.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Bundan başqa, Sumqayıtda, İsmayıllıda, Şəkidə, Kürdəmirdə, Ağstafada, Şəmkirdə, Gəncədə, Bərdədə, Ağcabədidə, Ağdaşda, Sabirabadda, Biləsuvarda, Masallıda və Lənkəranda regional idarələr yaradılacaq.

Sərəncamla həmçinin, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi də yaradılacaq.

Prezident sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinə, ədliyyə və maliyyə nazirliklərinə tapşırıqlar verib.

İndiyədək Azərbaycanda 65 mədəniyyət və turizm şöbələri fəaliyyət göstərirdi. Sərəncamın icrasından sonra 16 regional idarə fəaliyyət göstərəcək.

Bundan 11 gün əvvəl isə prezidentin başqa bir sərəncamı ilə Dövlət Sosial Müdafiə Fondu (DSMF) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmişdi.

Daha əvvəl də 3 dövlət qurumu ləğv edilmişdi. Həmin qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) idi. Sözü gedən qurumların bazası üzərində Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi yaradılmışdı.

XS
SM
MD
LG