Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Emin Millinin qaynının işi: "Olmaz axı belə şey"


►"Bu, mənim sorğuma cavab deyil"

Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun məhkəmə si davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə ötən iclasda qərar verilmişdi ki, Nazim Ağabəyovla bağlı əməliyyat və istintaqhərəkətlərinin vaxtının, yerinin müəyyənləşdirilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin qeydiyyat kitabına baxış keçirilsin, həmçinin onun barəsindəki cinayət işindən ayrılmış materialların taleyi haqda məhkəməyə məlumat verilsin. Bu məqsədlə məhkəmə polis idarəsinə sorğu göndərib.

Aprelin 1- də keçirilən məhkəmə iclasında hakim Əfqan Hacıyev sorğulara verilən cavabları elan edib.

Bildirilib ki, idarədə cinayət işinin materiallarının qeydiyyatı elektron sənəd dövriyyəsindədir, yəni onun kitabının təqdim edilməsi mümkün deyil. Nazim Ağabəyovun barəsindəki cinayət işindən ayrılmış materiallara gəlincə, qeyd olunub ki, onlar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Məhkəmənin sorğusuna bu cür cavab verilməsi Nazim Ağabəyovun vəkili Adil İsmayılovu hiddətləndirib:

"Yəni istintaq hərəkəti protokollarının qeydiyyatı elektron verilir? Olmaz axı belə şey... Mümkün deyil. Onların elə yazmağıyla deyil ki! Mən kitabı istəmişəm. Bu, mənim sorğuma cavab deyil. Belə çıxır ki, sorğuya cavab verilməyib".

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Müzakirələrdən sonra qərara alınıb ki, məhkəmə Bakı şəhər Baş Polis İdarəsinə yenidən sorğu göndərsin.

Adil İsmayılov
Adil İsmayılov

"Özü də sorğuya cavab verəndə qeydiyyat kitabının özünü göndərsinlər! Daha kitabdan çıxarışı yox!", - deyə Adil İsmayılov əlavə edib.

Daha sonra vəkil Nazim Ağabəyov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə şifahi vəsatət qaldırıb. Vəkil vəsatətini əsaslandırarkən qeyd edib ki, məhkəmə prosesləri Nazim Ağabəyovun günahsız həbsdə saxlanıldığını göstərdi.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə prosesi aprelin 11-də davam edəcək.

İT mütəxəssisi olan Nazim Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur. O, 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb.

Nazim Ağabəyov ittihamı rədd edir və narkotikin üzərinə polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

XS
SM
MD
LG