Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:28

"5 rayonu istəyirsənsə, bu təşkilatlara üzv ol"


►Azərbaycan Qərb və Rusiya arasında vurnuxur

Hikmət Hacızadə: "Yoxsa Rusiyanın təyyarələri burda uçmağa başlayacaq"

Rasim Ağayev: "Lavrovun dedikləri gələcəyə aiddir"

Siyasi şərhçi Azər Rəşidoğlu diqqəti Rusiyanın xarici işlər naziri Sergei Lavrovun ötən həftə Bakıda dediyi “Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Lakin mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm” fikrinə çəkir.

Azər Rəşidoğlu söyləyir ki, son vaxtlar 5 rayonun qaytarılmasının yenidən gündəmə gəlməsi də Dağlıq Qarabağ ərazisinə Rusiyanın sülhməramlılar adı altında qoşununun yeridilməsi və son nəticə olaraq, Azərbaycanı sözügüdən bu iki təşkilata qoşmaqdan ötrüdür:

“Azərbaycana təzyiqlər həddindən artıq çoxdur. Bakı Qərb və Rusiya arasında vurnuxmağa davam edərsə, son nəticədə, Rusiya ilə mübarizədə təkbaşına qala bilər.

Bu da ölkənin müstəqilliyinə təhdiddir. Rusiya qoşunlarını Dağlıq Qarabağa yeritmək istəyir. Beş rayonun qaytarılması, digər rayonların taleyinin qeyri-müəyyən qalması, Qarabağ üçün aralıq status müəyyən edilməsini tələb edir. Əsas məqsəd Rusiya qoşunlarının hər hansı bir formada və ya hər hansı bir adla Azərbaycana qayıdışı və bu ölkəni Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil etməkdir. Azərbaycanın təkbaşına Rusiyanın aqressiyasına tab gətirmək imkanları yoxdur. Ona görə də Azərbaycan Qərb təsisatları ilə daha sıx əməkdaşlıq etməlidir”.

"Təzyiq üçün növbə Ermənistanındır"

Politoloq Rasim Ağayev isə deyir ki, Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni bir geosiyasi qüvvə kimi meydana çıxmağa gücü yoxdur. Bu, gələcəyin işidir:

“Gələcək də indi gedən proseslərdən asılıdır. Lavrovun dediklərini isə təzyiq kimi yox, təklif kim qəbul eləmək lazımdır. Çünki bunu həyata keçirməkdən ötrü Rusiya gərək öz siyasətində lazımi dəyişikliklər etsin. Ermənistanı yerində oturtsun, xalqların qarantı kimi çıxış eləsin. Gərək öz siyasətini ciddi dəyişsin. Onda da biz söhbətin nədən getdiyi haqqında danışa bilərik. Əgər Rusiyanın təzyiqi varsa, bu saat təzyiq üçün növbə Ermənistanındır. Elə təsadüfi deyil ki, indi Ermənistanda bununla bağlı mitinqlər, etirazlar keçirlir”.

___________________________________________________________

Bunlara da bax:
Xaricdə təhsil proqramı dayandırıldı
Nazir polisə işləmək istəyənlərdən 78-ni seçdi

___________________________________________________________

"Alver gedir"

“FAR Centre” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadənin fikrincə, Rusiya Azərbaycana Qarabağ münaqişəsi ilə təzyiq göstərir. Əgər beş rayon qaytarılacaqsa, onda Azərbaycan sözügedən təşkilatlara qoşulacaq:

“Azərbaycanın keçirdiyi sonuncu əməliyyatlar zamanı ruslar heç bir müdaxilə eləmədi. Ermənilərə kömək eləmədi. Bu elə belə məsələ deyil. Qəsdən atılmış bir siyasi addımdır. Bunun da bədəlini Azərbaycan ödəməlidir. Azərbaycan 5 rayonu qaytarmaq istəyirsə, bunu ancaq Rusiyanın razılığı ilə eləmək olar. Yoxsa Rusiyanın təyyarələri burda uçmağa başlayacaq. Burada alver gedir. İstəmirsən o rayonları götürmə, heç yerə də daxil olma. Əgər 5 rayon qaytarılsa, Azərbaycan da bu təşkilatlara üzv olacaq”.

Azərbaycan rəsmiləri bir neçə dəfə çıxışlarında ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulmasını istisna etmədiklərini, ancaq Ermənistanın bu qurumda olmasını Azərbaycanın üzvlüyünə ciddi əngəllər törətdiyini bidliriblər.

Avrasiya İqtisadi Birliyi 2014-cü ilin mayında yaradılıb. Quruma Rusiya, Belarus, Qazaxıstan və Ermənistan daxildir.

Rusiyanın rəhbərli etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistanı birləşdirir.

Qərb analitikləri Rusiyanın bu təşkilatları yaratmaqla bölgəni yenidən sovetləşdirmə niyyəti güddüyünü bildirir.

Buna da bax: Putin Qarabağ haqda danışır

Putin Qarabağ haqda danışır
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel radio proqramında

Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi
“5 rayonu qaytarmaq istəyirsənsə, bu iki təşkilata qoşul”
Müsəlman ölkələrindən Azərbaycana dəstək

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel TV proqramında

Rusiya-Ermənistan münasibətləri dördgünlük döyüşdən sonra...
Kreml Putinin əvəzinə üzr istədi
Rusiya Ermənistandan uzaqlaşır, yoxsa...?
Gözlə

No media source currently available

0:00 0:15:37 0:00
XS
SM
MD
LG