Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:26

Avropa Şurası jurnalistlərə təhlükələri araşdırır


Jurnalist Rasim Əliyevin döyülmə səhnəsi
Jurnalist Rasim Əliyevin döyülmə səhnəsi

Avropa Şurası «Jurnalistlərə risklər» mövzusunda araşdırmaya başlayıb.

Bu, bir sıra beynəlxalq jurnalist təşkilatları ilə birgə keçirilir. Məqsəd AŞ ölkələrində media nümayəndələrinin üzləşdikləri təhlükələrin öyrənilməsidir.

«Jurnalist işi çox zaman riskli və təhlükəlidir.Onlar iş vaxtı əsassız maneələrlə qarşılaşırlar ki, bu da yüksək səviyyədə qorxu yarada bilər. Hücumlar və psixoloji təzyiq özünü senzuraya gətirib çıxarır», - AŞ-nin məlumatında deyilir.

Bununla əlaqədar AŞ İnformasiya Departamenti Avropada jurnalistlərin işinə əsassız müdaxilə ilə bağlı hərtərəfli araşdırmaya başlayıb. Araşdırmalar çərçivəsində AŞ üzvü olan 47 ölkədə ən azı 1000 jurnalist arasında anonim sorğunun keçirilməsi nəzərdə tutulur.

Respondentlər jurnalistlərə hücum və onların fiziki toxunulmazlığının pozulması, təqib edilmə, media nümayəndələrinə qarşı cinayətlərə görə, cəzasızlıq kimi suallara cavab verəcəklər.

Nəticələr təhlil edilərək Malta Universitetinin professoru Merilin Klarkın rəhbərliyi ilə Avropa Jurnalistlər Federasiyası, «Senzura İndeksi», Jurnalistlərin Təhlükəsizliyi İnstitutu və «Sərhədsiz reportyorlar» təşkilatı ilə əməkdaşlıq şəraitində dəyərləndiriləcək.

XS
SM
MD
LG