Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:25

Rusiyanın raket qorxuları


Rumıniyada NATO-nun raket əleyhinə sisteminin rəsmi açılışı. 12 may
Rumıniyada NATO-nun raket əleyhinə sisteminin rəsmi açılışı. 12 may

►ABŞ və NATO Avropada Raketdən Müdafiə Sistemini gücləndirməkdə davam edirlər. Moskva narazıdır

Mayın 12-də Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada "Aegis" ABŞ yürüstü RMS kompleksinin açılışı mərasimi baş tutub.

Bundan dərhal sonra Polşanın Redzikovo ərazisində ABŞ-ın analoji RMS komplekslərinin tikintisinə başlanacaq.

Hər iki bazanın tikilməsi ABŞ və NATO-nun Avropada RMS sisteminin yaradılması planının ikinci və üçüncü mərhələsi çərçivəsində həyata keçirilir.

Moskva artıq bununla bağlı narahatlığını ifadə edib və bildirib ki, ABŞ və NATO-nun bu hərəkətləri Rusiyanın milli təhlükəsizlik maraqlarına toxunur. Rusiya XİN-nin departament rəhbəri Mixail Ulyanov deyib ki, bu, zərərli və yanlış qərardır, çünki strateji sabitliyi poza bilər. Nazirliyin digər rəsmisi Andrey Kelinsə deyib ki, ABŞ və NATO-nun Avropada RMS bazaları yaratmaq planlarının reallaşdırılması Rusiyanın hərbi-siyasi baxımdan önlənməsinə xidmət edir. Onun sözlərinə görə, bu Rusiya ilə alyans arasında münasibətlərin bərpasını daha da problematik edəcək.

Vaşinqtondakı Hudson İnstitutundan hərbi ekspert Richard Weitz isə deyib ki, Rusiyanın etirazının arxasında əsassız qprxu və açıq-aşkar daxili siyasi hesablamalardan başqa bir şey dayanmır.

"Birləşmiş Ştatlar Avropada raketlərdən müdafiə sistemlərini İranın raket hücumlarından müdafiə üçün yerləşdirib. ABŞ-ın artıq Avropa regionunda gəmilərdə yerləşdirilmiş raketdən müdafiə kompleksləri var. Rumıniya və Polşada yerləşdirilən müdafiə sistemləri həmin komplekslərin diapazonunu genişləndirməyə imkan verəcək. Bu, daha müasir raketlərdir." deyə o məsələyə aydınlıq gətirib.

Richard Weitz həmçinin bildirib ki, ABŞ-ın müdafiə raketlərinin sayı çox azdır və onlar Rusiyanın nüvə raketlərinin məhvi üçün yararsız yerlərdə dislokasiya olunub. Onun sözlərinə görə, Rusiyanın ABŞ-a tuşlanmış qitələrarası nüvə raketləri Şimal Qütbünün üzərindən keçməlidir, Rumıniya və Polşa isə tamam başqa tərəfdədir. O əlavə edib ki, ABŞ-ın müdafiə raketlərinin təsir radiusu kiçik, sürəti isə Rusiyanın qitələrarası ballistik raketlərinin sürətindən xeyli aşağıdır.

____________________________________________________________

Bunlara da bax:
Polisdə ölən gəncin atası: Oğlumu onlar öldürdü
Su bahalaşdı - Tarif Şurası

____________________________________________________________

Rusiya isə bu yaxınlarda Suriyada S-400 raketdən müdafiə sistemləri yerləşdirib.
Rusiya isə bu yaxınlarda Suriyada S-400 raketdən müdafiə sistemləri yerləşdirib.

Müdafiə raketlərinin gələcəkdə hücum raketləri ilə əvəz olunması ehtimalı barədə suala cavab olaraq Richard Weitz belə deyib:

"Əvvəla o raketlər bizə lazım deyil, çünki ABŞ-ın nüvə sualtı qayıqları, bombardmançıları, qitələrarası ballistik raketləri var. Onlar cavab zərbəsinin endirilməsi üçün daha effektivdir. İkincisi də məqsəd raketləri Rusiyaya yaxın yerləşdirməkdirsə, onda hiylə işlədib raket müdafiə sistemləri qurmağa nəhəng pullar xərcləmək Vaşinqtonun nəyinə lazımdır? Bunu raketləri, məsələn, Baltik ölkələrində, yaxud ...Ukraynada yerləşdirməklə etmək daha asan olardı. Ancaq bunun hər hansı taktiki, yaxud strateji mənası yoxdur. Münaqişə yaranacağı təqdirdə bütün bu sistemlər dərhal məhv ediləcək. Praktik nöqteyi-nəzərdən raket buraxma qurğularının Rusiya sərhədlərindən uzaq məsafədə saxlanması daha düzgündür".

Ekspertin sözlərinə görə, bir ehtimala görə Rusiya həqiqətən də gələcəkdə baş verə biləcək hər hansı texnoloji slçrayış nəticəsində ABŞ-ın çox effektiv, üstəlik Avropada asan dislokasiya oluna bilən hücum və müdafiə raketləri yarada biləcəyindən ehtiyat edir. İkinci bir ehtimala görə, Moskva NATO üzvü olan ölkələri arasında parçalanmaya nail olmağa çalışır. Üçüncü ehtimal isə Kremlin bu məsələdən daxili siyasi təbliğat məqsədilə istifadə etməsidir.

Richard Weitzın proqnozuna görə, Moskva öz nüvə qüvvələrini özünün zəruri saydığı səviyyəyə qədər gücləndirəcək, NATO isə İrandan müdafiə olunmaq üçün zəruri olan raket müdafiə sisteminin qurulmasını davam etdirəcək. Yəni hərə öz bildiriyi kimi edəcək. Ekspert bunu zarafatyana "Sinatra" doktrinası" adlandırır. Söhbət müğənni Frenk Sinatranın məşhur mahnısındakı "I did it my way" ("Mən bunu öz bildiyim kimi etdim") cümləsindən gedir.

XS
SM
MD
LG