Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:26

Təəccüblənməyə dəyər: Azərbaycan neft idxalına başlayıb


Arxiv fotosu
Arxiv fotosu

►Məlumatı bildirən Dövlət Gömrük Komitəsi xam nefti gətirənin adını açıqlamır.

Azərbaycan xam neft idxalçısına çevrilir. Dövlət Gömrük Komitəsi (DGK) ilin birinci rübündə Qazaxıstandan Azərbaycana 42,5 min ton xam neft gətirildiyini açıqlayıb. İdxal 5,4 milyon dollara başa gəlib.

DSK xəbəri təkrar dəqiqləşdirib

Bu xəbərə inanmayan Dövlət Statistika Komitəsi (DSK) onu DGK ilə təkrar dəqiqləşdirsə də, xan neft alıcısının adını AzadlıqRadiosuna açıqlamayıb

«Premium» markalı benzin idxalçıları isə yüksək qazancın yolunu tapıblar. Onlar ilin əvvəlindən Rumıniyadan 7 milyon 163,7 min ton yüksək oktanlı benzin gətiriblər.

Ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən benzinin idxalı 2 min 198,4 ton artsa da, xərclər cəmi 27 min 420 dollar çoxalıb. Başqa sözlə, indi benzin xaricdən təxminən 40 faiz ucuz gətirilir. Pərakəndə satışda isə benzinin qiyməti sabit olaraq qalır.

Dövlət Agentliyi inhisarçı qıtmət siyasətini görməzdən gəlir

Xaricdən ucuz qiymətə gətirilən və «Premium» markası ilə satılan benzinin qiymətini Tarif Şurası tənzimləməsə də, idxalçılar inhisarçı mövqedən yararlanaraq, qiyməti endirmirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Agentliyi, hələ ki, inhisarçıların qiymət siyasətini görməzdən gəlir.

____________________________________________________________

Bunlara da bax:
Xədicə azadlıqda (Video)
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

Sürtkü yağlarının kəskin bahalaşması da diqqət çəkir. İlin birinci rübündə 4 min tona yaxın, yəni ötən ildəkindən 2 min 300 ton az sürtkü yağları gətirilsə də, buna 7 milyon dollar valyuta ödənilib.

İdxal qazının qiyməti dodaq büzdürür

Mineral xammal və məhsullarının idxalında baş verən yeniliklər bununla bitmir. Ölkəyə gətirilən təbii qazın da qiyməti təəccüb doğurur.

İlk üç ayda Qazaxıstandan Azərbaycana 95,6 milyon kubmetr təbii qaz vurulub.

Bəyannamədə hər kubmetrin qiyməti 200 ABŞ dolları göstərilib. Halbuki Azərbaycanın özü eyni dövrdə qazı, orta hesabla, 159 dollar 65 sentə xaricə satıb. SOCAR Qazaxıstandan qaz almadığını deyir və beləcə, qaz idxalçısının kimliyi də müəmmalı qalır.

Bütövlükdə ilin birinci rübündə Azərbaycan mineral xammal və onun emal məhsullarının idxalını 26 faiz artıraraq 46,8 milyon dollara çatdırıb. Bu, ölkənin həmin dövrdəki umumi idxalının 2,5 faizi deməkdir.

XS
SM
MD
LG