Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:51

Bakıdakı o məşhur ünvanda daha bir "sirli" şirkət quruldu


Illüstrasiya
Illüstrasiya

►Nə sirdirsə, «Azecofarm» MMC haqqında məlumat qapalıdır

Vergilər Nazirliyi Bakıda - Süleyman Rüstəm küçəsindəki 9-cu evdə qeydiyyata alınan daha bir şirkətin qurulması barədə bilgini kommersiya şirkətlərinin məlumat bazasına daxil edib.

Amma nə məsələdirsə, eyni gündə təsis olunan onlarla şirkətdən fərqli olaraq, «Azecofarm» MMC haqqında məlumat qapalıdır.

«Vergilər» qəzetinin özəl sayı şirkət rəhbərinin adını «unudub»

«Vergilər» qəzetinin xüsusi buraxılışında «Azecofarm» MMC-nin (VÖEN 1403345771) ünvanı və nizamnamə kapitalı (10 min manat) açıqlanıb. İki il öncədən bəri Bakıda ünvan reyestri dəyişdirildiyindən indiki «Süleyman Rüstəm küçəsi, ev 9» ünvanı köhnə ünvanla üst-üstə düşmür.

Bu isə o anlama gəlir ki, yeni şirkət çox güman, törəmədir və ana şirkətin nizamnaməsində əks olunana uyğun qeydiyyat ünvanı alıb.

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanuna əsasən, hamıya açıq reyestrdə kommersiya qurumu rəhbərinin də adı yazılmalıdır. Di gəl, xüsusi buraxılış bu barədə məlumat verməyi «unudub».

«Azecofarm» MMC haqqında məlumat dövlət reyestrində də əksini tapmayıb.

Qanuna görə, adlar illik hesabatda...

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» və «Kommersiya sirri haqqında» qanunlara 2012-ci ilin iyulunda qüvvəyə minmiş dəyişikliklərə görə, şirkətlərin təsisçiləri və onların pay bölgüsünə dair məlumat kommersiya sirri sayılır.

Düzdür, istisnalar da var. «Qiymətli kağızlar bazarı haqqında» qanuna görə, qiymətli kağızların fond bazarında sərbəst tədavüldə olan şirkət səhmlərinin 10 faizinə və daha çox hissəsinə sahib fiziki və hüquqi şəxslərin adları onların illik hesabatlarında açıqlanmalıdır.

____________________________________________________________

Bunlara da bax:
Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi
Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb

____________________________________________________________

Qeyd etmək lazımdır ki, «Süleyman Rüstəm küçəsi, ev 9» ünvanında 100-dək şirkət qeydə alınıb. Bunların bir çoxu birbaşa və ya dolayı «AtaHolding» və «Synergy Group»la bağlıdır.

Dövlət Reyestrində adı «Paşa»yla başlayan...

Kommersiya Təşkilatlarının Dövlət Reyestrindəki məlumatların gizlədilməsinə gəlincə, bu yeganə hadisə deyil. AzadlıqRadiosunun müşahidələrinə görə, reyestrdə «Paşa Holding ltd.» MMC-yə daxil olan «Paşa Bank», «Paşa Sığorta», «Paşa Travel», «Paşa İnşaat», «Paşa Həyat Sığorta», eləcə də başqa şirkətlər

(«PMD Group», «PMD İndustries», «Klovan», «Callina», «Grand-Lead», «Agro Land Development», «Zepter İnternational», « AMAL İnvest Group » «AZİNKO Development» və s.) haqqında məlumatlar açıq deyil.

Buna da bax: Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)

Əliyevin qızları "Panama Papers"də... (ARAŞDIRMA, VİDEO)
Gözlə

No media source currently available

0:00 0:10:10 0:00

XS
SM
MD
LG