Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:56

Əli Həsənov yeni birliyin anonsunu verdi


Əli Həsənov
Əli Həsənov

-

«Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər. Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibdir».

Prezidentin köməkçisi Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında belə deyib.

APA-nın xəbərinə görə, ölkə başçısının köməkçisi deyib ki, dünya azərbaycanlılarının həmrəyliyi ideyasını Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqları – Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və digərləri irəli sürüb. Onun deməsinə görə, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra azərbaycanlıların həmrəylik ideyası yenidən gündəmə gəlib.

Ə.Həsənov çıxışında bütün azərbaycanlıları birliyə çağırıb. «Xarici ölkələrdə diaspor təşkilatlarının birliyinə nail ola bilmiriksə, normal əməkdaşlığa, milli məsələlərdə həmrəyliyinə nail olmalıyıq», - deyən Ə.Həsənov qeyd edib ki, Dünya Azərbaycanlıları İş Adamları Birliyinin yaradılmasının vaxtı çatıb.

Qurultayın yekun iclasında nümayəndələrin prezidentə müraciəti də qəbul edilib.

Bu qurultay iyunun 3-də başlamışdı.

Dünya Azərbaycanlılarının I qurultayı 2001-ci ildə, II qurultay 2006-cı ildə, III qurultay isə 2011-ci ildə Bakıda keçirilib.

XS
SM
MD
LG